Xəbərlər

QUTechnopark Startup İstanbul-da

2014-10-02 02:12:50
QUTechnopark Startup İstanbul-da QUTechnopark 27-30 sentyabr tarixlərində İstanbulda keçirilən Startup İstanbul Konfransında təmsil olundu. Qeyd edək ki, beynəlxalq konfransa qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdı. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çox idi. eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaq idi.  Konfrans müddətində seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olundu. Microsoftun Türkiyədəki ofisində baş tutan proqram  29 sentyabrda Pitch mərhələ ilə davam etdi. Proqramın müşahidəçisi kimi, bu konfransın QUTechnopark  da daxil olmaqla iştirakçılara verdiyi ən böyük faydanı "networking" və "mentorship" hesab edirik....

BethClip Startup İstanbulda

2014-09-26 11:22:42
BethClip Startup İstanbulda Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur. Qeyd edək ki,  eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır.  Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur. Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və  29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək....

Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək

2014-09-23 11:11:14
Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək   Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət  universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, texnoparkın fəaliyyəti ilə tanış olu...

BethClip Silikon Vadisində

2014-09-22 15:25:01
BethClip Silikon Vadisində Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir. Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq!...

Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri

2014-09-04 15:30:01
Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri 01 Noyabr 2013-cü ildən start götürən Yeni Fikir 2014 Müsabiqəsi 17 may tarixində final mərhələsini keçirərək bu ilin qaliblərini elan etdi. Bundan sonra Yeni Fikir 2014 Müsabiqəsi haqqında 10 dəyərləndirmə kriteriyası üzrə 02.06.2014 - 04.07.2014 tarixlərini əhatə edən sorğu keçirildi. Sorğu sosial mediada paylaşılmaqla və iştirakçıların e-mail ünvanlarına göndərilməklə yayıldı . Bununla da toplam 1000 dən çox adama sorğu haqqında məlumat verildi və sorğuda 1 ay ərzində 91 nəfər iştirak etdi. Sorğunun nəticələrini sizə təqdim edirik:     Digər bəndini seçənlərin böyük əksəriyyəti final mərhələsinin izləyicisi, QU Technoparkın fəaliyyətlərində iştirak edən könüllü qrup, münsiflər heyətinin üzvü, müsabiqə haqqında yaxından maraqlananlar və s. dir.                   ...

Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri

2014-09-04 15:25:41
Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri 1 noyabr - 25 yanvar tarixlərini əhatə edən  layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi. Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ mə...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq

2014-09-03 11:12:14
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq      Azərbaycandan 3 startup-ın iştirak edəcəyi Startup İstasnbulda təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Digər startuplar isə Manads və Butarekdir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır. ...

Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı

2014-08-26 15:25:20
Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı İnsansız hava araçları (İHA’lar veya ) gün geçtikçe hayatımıza biraz daha fazla giriyor ve sıradışı bir İHA geliştirmeye çalışan Azeri mühendisler de bu alanda  ile kendilerine bir yer edinmek istiyor. Bayquş, uygulama destekli bir İHA ortaya çıkarmak için harekete geçen biri bilgisayar mühendisi, diğeri uçak mühendisi 2 kardeşin geliştirmeye başladığı bir araç. 1 yıl kadar önce farklı alanlarda (arama kurtarma kurulumları, yol ve inşaat şirketleri, ekim ve tarım alanı, haber, röportaj, sinemacılık vs.) kullanılabilecek bir İHA geliştirmek için kolları sıvayan kardeşler ilk prototipin ardından ekibi genişletmişler. Uzun uçuş süresiyle öne çıkıyor Pazardaki uçakların uçuş sürelerinin çok düşük olduğunu söyleyen , kendilerinin geliştirdiği gömülü yazılımla Bayquş’un 80 dakika havada kalabilen prototip olduğunu ifade ediyor. Manafo...

"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı

2014-08-25 12:02:44
"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində üçüncü yeri tutmuş Smart Plane layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə Bayquş adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur....

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

2014-08-19 13:20:15
Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək "Yeni Fikir -2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Lion Farm" proqramında final mərhələsinə yüksəlib.  "Lion Farm" – "Imperious Group" Vençur Fondu  və "Happy Farm" biznes sürətləndiriciləri tərəfindən keçirilən, "toxum"dan əvvəlki mərhələdə olan İT "startup"ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə "Silikon Vadisi"ndə təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazanır. Beləliklə, "Yeni Fikir-2014" müsabiqəsinin qalib komandası "BethClip" də 16 avqust tarixində Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək, dünyanın müxtəlif  yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşüb və 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış olub. Buna görə d...

BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi

2014-08-18 10:37:13
BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi Lion Farm - Imperious Group vençur fondu  və Happy Farm biznes sürətləndiriciləri tərəfindən keçirilən toxumdan əvvəlki mərhələdə olan İT Startup-ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə Silikon Vadisində təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazana biləcəkdir. Yeni Fikir 2014 müsabiqəsində birinci yeri qazanmış BethClip komandası 16 avqust tarixində Ukraynanın paytaxtı Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək dünyanın müxtəlif yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşərək 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış oldu. Buna görə də 18 avqustdan başlayaraq BetClip komadası 2 həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrini inkişaf etdirəcəklər. Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan 2 həftəlim distans t...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək

2014-08-15 11:35:43
Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq.Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkə...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək

2014-08-14 11:34:10
Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq. Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər.Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkətini...

Sənayenin səmərəli inkişafı naminə

2014-07-31 10:36:39
Sənayenin səmərəli inkişafı naminə 2014-cü ilin Azərbaycan Respublikasında  “Sənaye ili” elan edilməsi doğru istiqamətə yönəlmişik mənasına gəlir. Əsas məsələ odur ki, sənayenin səmərəli inkişafına nail olaq. Bu isə dünyada baş verən sürətli dəyişiklikləri nəzərə almağı zəruri edir. İstehlakçı tələblərinin hansı istiqamətdə dəyişdiyini təhlil edərkən gəldiyimiz qənaət odur ki, sənayenin səmərəli inkişafına nail ola bilməyimiz üçün təşəbbüskarlığı (girişimçiliyi) ciddi şəkildə dəstəkləməliyik. Əminəm ki, təşəbbüskar yanaşma (girişimçi  baxış) sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcəkdir. Ölkə sənayesini beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon Vadisində (və ya bənzər ekosistemlərdə) görülən işlərə əsaslanaraq istehsal olunan məhsulla eyni bazarda (dünya bazarı) rentabelli ola bilmək üçün nə etməliyik?  Bu və və ya digər suallara cavab verən ekosistemin formalaşması üçün beynəlxalq...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu

2014-07-08 11:11:13
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu Respublikamızda  İKT sektorunu inkişaf etdirmək, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək məqsədi ilə “Startup Azərbaycan 2014”-ün yekun final mərhələsi keçirilib. Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək “Startup Azərbaycan” layihəsi haqqında geniş məlumat verib.Bu ilin aprel ayından müsabiqəyə start verildiyini deyən Osman Gündüz belə qeyd edib: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilməsi üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb. İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları o...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu

2014-06-30 13:59:08
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu İlk dəfə keçirilən Bakı Startup Sərgisi 27 - 28 iyun tarixində Mont Inn otelində MICE Azərbaycan tərəfindən təşkil olundu. İki gün müddətində Azərbaycandakı bir çox startuplar sərgilənərək özləri haqqında sərgi iştirakçılarına geniş məlumat verməyə imkan tapdılar. Sərgidə iştirak edən startuplar isə bunlardır: BethClip, LinQuality, VT Studio, Sportsmen.az, Prosper Cartoon Studio, Soap House, YBF - Young Business Factory. Sərgilənən hər bir startup iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd etdiyimiz kimi, Yeni Fikir 2014 Müsabiqsində birinci yeri tutmuş BethClip startup ı da sərgidə iştirak edirdi.  Potensial müştəriləri ilə görüşən BethClip onlar tərəfindən böyük maraqla qarşılandı. ...

Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib

2014-06-25 14:14:11
Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək vediyi Startup Azərbaycan layihəsi 21 iyun tarixində yarımfinal mərhələni başa vurub. Yarımfinala çıxan 15 Layihədən 14-ü Startup Azərbaycan ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. 8 ekspert bu qiymətləndirmə mərhələsində iştirak edibHər bir startup  komandası 10 dəqiqə vaxt  ərzində öz Layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar.  Ekspertlər Layihələri 5 istiqamət (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndiriblər. Layihədə Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası da uğurla iştirak edib. Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq.Finalçılar 3 iyul tarixdə keçirilməsi nəzər...

İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün ekosistemin formalaşdırılması əsas şərtdir

2014-06-18 20:25:13
İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün ekosistemin formalaşdırılması əsas şərtdir 22-23 May 2014-cü il tarixlərində Türkiyənin Kayseri şəhərində keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresindən döndükdən qısa bir müddət sonra ODTU Texnoparkından yeni proqrama dəvət aldıq. 16-18 iyun 2014-cü il tarixlərində ODTU Texnoparkı “İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün doğru ekosistemi formalaşdırmaq: ODTU Texnoparkı” adlı proqrama ev sahibliyi edirdi. Proqram ODTU Texnoparkı, Avropa Sərmayə Bankı, CMİ, İSESCO və UN-ESCWA Technology Center-ın birgə əməkdaşlığı ilə keçirildi. Müxtəlif ölkələrdən gənə mentorların və mütəxəsislərin iştirakı ilə keçirilən proqramda Azərbaycandan Qafqaz Universiteti Texnoparkını (QUTechnopark) təmsilən mən də iştirak etdim. Proqramda məruzə və müzakirələr ingilis və fransız dillərində idi. Proqramdan sonra Ankaranın ən böyük sənaye mərkəzi hesab olunan OSTİM ziyarəti də üfüq açıcı oldu. OSTİM-də 10000-dən çox sahibkar fəaliyyət g&o...

Azərbaycandan olan İT layihəsi beynəlxalq mükafata layiq görüldü

2014-06-17 01:38:52
Azərbaycandan olan İT layihəsi beynəlxalq mükafata layiq görüldü 6-9 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində "" adlı müsabiqənin final mərasimi keçirilib. Ötən ilin oktyabr ayından start götürən müsabiqədə məqsəd informasiya texnologiyaları sahəsində innovativ yeniliklərin və insanların tanınması, yeni kadrların qlobal səviyyədə meydana çıxarılmasıdır.Bu ilki tədbirdə Azərbaycandan 2 universitet — Azərbaycan Memarlıq və İnşaat Universiteti və Qafqaz Universiteti üzrə 3 iştirakçı finala vəsiqə qazanıb. Ümumi olaraq 60 universitetin və 200-ə yaxın iştirakçının qatıldığı müsabiqədə 4 istiqamət üzrə yarış keçirilirdi. Müsabiqədə Namət Məmmədzadə və Rəşid Əliyevin təsis etdikləri  layihəsi "ən yaxşı innovativ diplom" istiqaməti üzrə 2-ci yerə layiq görülərək fəxri diplom və gümüş medalla mükafatlandırılıblar.Müsabiqədə 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Qazaxıstan və Ukrayna təmsilçiləri bölüşüblər.Qeyd edək ki, eSaver ev kiçik ofis şəraiti...

Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır

2014-06-06 16:16:02
Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır Qafqaz Universiteti Texnoparkının direktoru: “Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır” Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (Üniversite Sanayi İşbirliği Merkezleri Platformu - ÜSİMP ) 7-ci Milli Konqresi artıq başa çatıb. Türkiyənin Erciyes Universitetinin ev sahibliyi və Mühəndislik Dekanları Şurasının əməkdaşlığı ilə Kayseri şəhərində baş tutan tədbirdə “Ar-Ge” (araşdırma - inkişaf etdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşları, o cümlədən dövlət və özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatların nümayəndələri bir araya gəliblər. Nəzəri və praktik tərəfləri ilə çox səmərəli təşkil olunan ÜSİMP 7-ci Milli Konqresində Azərbaycandan isə Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektoru, dosent Uğur Arif Bölək, Qafqaz Universiteti Texnoparkının (“QUTechnopark”) İdarə Heyətinin sədri, dosent Ş...