Əlaqə
|
||
![]() |
Dos. İsa Qasımov Yeni Fikir Startap Müsabiqəsinin layihə rəhbəri Telefon : + 994 (55) 768 02 45 E - mail : [email protected] , [email protected] Linkedin : linkedin.com/in/isa-gasimov Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru, həmçinin Bakı Mühəndislik Universitetinin dosentidir. “Yeni Fikir” startap müsabiqəsi və “Smart Bridge” layihələrinin rəhbəridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar və Elmi-Tədqiqat İnstitutunda "Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu işi üzərində işləyir. “İdeyadan Bizensə İnnovasiya və Akselerasiya iX Proqramı” (Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzi və Qlobal İnnovasiya Katalizatoru, 22 yanvar-18 mart 2020); "Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı" proqramı (KOİCA və STEPİ, Koreya Respublikası, 11-30 oktyabr 2018.); “İnnovasiya və Sahibkarlığın biznes inkubatorlarda inkişafı” proqramı (EDII, Əhmədabad, Hindistan, 04 yanvar-12 fevral 2016); “Ali təhsil və gələcək karyera proqramı” proqramı (ABŞ, 28 yanvar – 18 fevral 2012-ci il) və digər çoxsaylı beynəlxalq peşəkar inkişaf proqramlarının məzunudur. "İnnovasiya sahibkarlığı və texnoparklar" kitabının həmmüəllifidir. 5 dərs proqramı, 60-ya yaxın elmi əsərin müəllifidir. Təlim və mentorluq ximətləri verir. |
|
||
Tengiz Ağakişiyev Layihənin texniki eksperti, layihə rəhbərinin köməkçisi Telefon : + 994 (55) 668 51 13 Telefon : + 994 (12) 349-99-66/67 (daxili 3111) E - mail : [email protected] Linkedin : linkedin.com/in/tengiz-aghakishiyev
Tengiz Ağakişiyev Biznesin təşkili və idarə olunması üzrə təhsil almışdır. Hazırda Bakı Mühəndislik Universitetinin Texnoparkının startap layihələrinin idarə olunması və startaplarla iş üzrə mütəxəssis vəzifəsində çalışır. 6 ildir startaplarla işləyən Tengiz Ağakişiyev bu sahə üzrə Sloveniya, Gürcüstan, Ukrayna və Türkiyədə müxtəlif təlimlərdə iştirak etmişdir. Daha əvvəl “Access Bank”-da biznes kreditlərinin analizi və dəyərləndirilməsi üzrə mütəxəssis, “SOCAR Energy of Georgia” şirkətində maliyyə meneceri vəzifələrində çalışmışdır. |
Ünvan: Bakı Mühəndislik Universiteti, Xırdalan şəh. Həsən Əliyev küç., 120 AZ0101, Abşeron, Bakı