Xəbərlər

Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı

2014-08-26 15:25:20
Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı İnsansız hava araçları (İHA’lar veya ) gün geçtikçe hayatımıza biraz daha fazla giriyor ve sıradışı bir İHA geliştirmeye çalışan Azeri mühendisler de bu alanda  ile kendilerine bir yer edinmek istiyor. Bayquş, uygulama destekli bir İHA ortaya çıkarmak için harekete geçen biri bilgisayar mühendisi, diğeri uçak mühendisi 2 kardeşin geliştirmeye başladığı bir araç. 1 yıl kadar önce farklı alanlarda (arama kurtarma kurulumları, yol ve inşaat şirketleri, ekim ve tarım alanı, haber, röportaj, sinemacılık vs.) kullanılabilecek bir İHA geliştirmek için kolları sıvayan kardeşler ilk prototipin ardından ekibi genişletmişler. Uzun uçuş süresiyle öne çıkıyor Pazardaki uçakların uçuş sürelerinin çok düşük olduğunu söyleyen , kendilerinin geliştirdiği gömülü yazılımla Bayquş’un 80 dakika havada kalabilen prototip olduğunu ifade ediyor. Manafo...

"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı

2014-08-25 12:02:44
"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində üçüncü yeri tutmuş Smart Plane layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə Bayquş adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur....

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

2014-08-19 13:20:15
Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək "Yeni Fikir -2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Lion Farm" proqramında final mərhələsinə yüksəlib.  "Lion Farm" – "Imperious Group" Vençur Fondu  və "Happy Farm" biznes sürətləndiriciləri tərəfindən keçirilən, "toxum"dan əvvəlki mərhələdə olan İT "startup"ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə "Silikon Vadisi"ndə təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazanır. Beləliklə, "Yeni Fikir-2014" müsabiqəsinin qalib komandası "BethClip" də 16 avqust tarixində Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək, dünyanın müxtəlif  yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşüb və 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış olub. Buna görə d...

BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi

2014-08-18 10:37:13
BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi Lion Farm - Imperious Group vençur fondu  və Happy Farm biznes sürətləndiriciləri tərəfindən keçirilən toxumdan əvvəlki mərhələdə olan İT Startup-ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə Silikon Vadisində təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazana biləcəkdir. Yeni Fikir 2014 müsabiqəsində birinci yeri qazanmış BethClip komandası 16 avqust tarixində Ukraynanın paytaxtı Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək dünyanın müxtəlif yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşərək 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış oldu. Buna görə də 18 avqustdan başlayaraq BetClip komadası 2 həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrini inkişaf etdirəcəklər. Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan 2 həftəlim distans t...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək

2014-08-15 11:35:43
Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq.Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkə...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək

2014-08-14 11:34:10
Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq. Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər.Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkətini...

Sənayenin səmərəli inkişafı naminə

2014-07-31 10:36:39
Sənayenin səmərəli inkişafı naminə 2014-cü ilin Azərbaycan Respublikasında  “Sənaye ili” elan edilməsi doğru istiqamətə yönəlmişik mənasına gəlir. Əsas məsələ odur ki, sənayenin səmərəli inkişafına nail olaq. Bu isə dünyada baş verən sürətli dəyişiklikləri nəzərə almağı zəruri edir. İstehlakçı tələblərinin hansı istiqamətdə dəyişdiyini təhlil edərkən gəldiyimiz qənaət odur ki, sənayenin səmərəli inkişafına nail ola bilməyimiz üçün təşəbbüskarlığı (girişimçiliyi) ciddi şəkildə dəstəkləməliyik. Əminəm ki, təşəbbüskar yanaşma (girişimçi  baxış) sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcəkdir. Ölkə sənayesini beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon Vadisində (və ya bənzər ekosistemlərdə) görülən işlərə əsaslanaraq istehsal olunan məhsulla eyni bazarda (dünya bazarı) rentabelli ola bilmək üçün nə etməliyik?  Bu və və ya digər suallara cavab verən ekosistemin formalaşması üçün beynəlxalq...

GriG" Layihəsinin adı dəyişdirilərək "SoSmart" adlandırıldı

2014-07-08 14:16:19
GriG" Layihəsinin adı dəyişdirilərək "SoSmart" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində beşinci yeri tutmuş GriG layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə SoSmart adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur. Mobil tətbiqetmə olan SoSmart - ı səssizlikdən zövq almaq istəyənlər tezliklə yükləyə və istifadə edə biləcəklər....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu

2014-07-08 11:11:13
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu Respublikamızda  İKT sektorunu inkişaf etdirmək, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək məqsədi ilə “Startup Azərbaycan 2014”-ün yekun final mərhələsi keçirilib. Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək “Startup Azərbaycan” layihəsi haqqında geniş məlumat verib.Bu ilin aprel ayından müsabiqəyə start verildiyini deyən Osman Gündüz belə qeyd edib: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilməsi üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb. İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları o...

QUTechnopark Startup Meeting - də təmsil olundu

2014-06-30 14:55:45
QUTechnopark Startup Meeting - də təmsil olundu Bakıda ilk dəfə keçirilən Bakı Startup Sərgisinin bir hissəsi olan Startup Meeting 28 iyun tarixində Mont Inn otelində baş tutdu.  İki hissədən ibarət olan tədbirin birinci hissəsində Plug and Play Texno Mərkəzinin Dağıstanda yerləşən nümayəndəliyinin icraçı direktoru Mikhail Blank çıxış edərək iştirakçılara keçirdikləri startup yarışı barədə geniş məlumat verdi. Birinci hissədə çıxış edən digər qonaq isə İlia Dövlət Universitetinin Biznes Məktəbinin nümayəndəsi idi. Gürcüstandan dəvət olunmuş qonaq oradakı startuplar və biznes layihələri haqqında məlumat verdi. Tədbirin ikinci hissəsi isə QUTechnoparkın hər il təşkil etdiyi Yeni Fikir müsabiqəsi haqqında olan təqdimat ilə davam etdi. QUTechnoparkın nümayəndəsi Nərmin Əliyeva müsabiqə haqqında iştirakçılara geniş məlumat verərək, onların suallarını cavablandırdı. ...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu

2014-06-30 13:59:08
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu İlk dəfə keçirilən Bakı Startup Sərgisi 27 - 28 iyun tarixində Mont Inn otelində MICE Azərbaycan tərəfindən təşkil olundu. İki gün müddətində Azərbaycandakı bir çox startuplar sərgilənərək özləri haqqında sərgi iştirakçılarına geniş məlumat verməyə imkan tapdılar. Sərgidə iştirak edən startuplar isə bunlardır: BethClip, LinQuality, VT Studio, Sportsmen.az, Prosper Cartoon Studio, Soap House, YBF - Young Business Factory. Sərgilənən hər bir startup iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd etdiyimiz kimi, Yeni Fikir 2014 Müsabiqsində birinci yeri tutmuş BethClip startup ı da sərgidə iştirak edirdi.  Potensial müştəriləri ilə görüşən BethClip onlar tərəfindən böyük maraqla qarşılandı. ...

Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib

2014-06-25 14:14:11
Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək vediyi Startup Azərbaycan layihəsi 21 iyun tarixində yarımfinal mərhələni başa vurub. Yarımfinala çıxan 15 Layihədən 14-ü Startup Azərbaycan ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. 8 ekspert bu qiymətləndirmə mərhələsində iştirak edibHər bir startup  komandası 10 dəqiqə vaxt  ərzində öz Layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar.  Ekspertlər Layihələri 5 istiqamət (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndiriblər. Layihədə Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası da uğurla iştirak edib. Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq.Finalçılar 3 iyul tarixdə keçirilməsi nəzər...

İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün ekosistemin formalaşdırılması əsas şərtdir

2014-06-18 20:25:13
İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün ekosistemin formalaşdırılması əsas şərtdir 22-23 May 2014-cü il tarixlərində Türkiyənin Kayseri şəhərində keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresindən döndükdən qısa bir müddət sonra ODTU Texnoparkından yeni proqrama dəvət aldıq. 16-18 iyun 2014-cü il tarixlərində ODTU Texnoparkı “İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün doğru ekosistemi formalaşdırmaq: ODTU Texnoparkı” adlı proqrama ev sahibliyi edirdi. Proqram ODTU Texnoparkı, Avropa Sərmayə Bankı, CMİ, İSESCO və UN-ESCWA Technology Center-ın birgə əməkdaşlığı ilə keçirildi. Müxtəlif ölkələrdən gənə mentorların və mütəxəsislərin iştirakı ilə keçirilən proqramda Azərbaycandan Qafqaz Universiteti Texnoparkını (QUTechnopark) təmsilən mən də iştirak etdim. Proqramda məruzə və müzakirələr ingilis və fransız dillərində idi. Proqramdan sonra Ankaranın ən böyük sənaye mərkəzi hesab olunan OSTİM ziyarəti də üfüq açıcı oldu. OSTİM-də 10000-dən çox sahibkar fəaliyyət g&o...

Mənəvi inkişafın başlıca səbəbi mütaliədir

2014-06-18 12:47:42
Mənəvi inkişafın başlıca səbəbi mütaliədir Nərmin Əliyeva: “İntellektual verilişlərin izlənilməsi, intellektual yarışlarda iştirak, təcrübəli insanlarla söhbət etmək, kitablar oxumaq intellektin inkişafına aparan başlıca amillərdəndir”Layihə çərçivəsində gənclərin və yeniyetmələrin mənəvi inkişafı ilə bağlı gənclərin fikirlərinə də geniş yer ayırırıq. Bu baxımdan müsahibimiz Qafqaz Universitetinin tələbəsi Nərmin Əliyevadır.-Özünüz və təhsiliniz barəsində məlumat verərdiniz.- Mən - Nərmin Əliyeva 1993 - cü ildə Ağdaş rayonunda doğulmuşam. Orta təhsilimi akademik Zərifə Əliyeva adına liseydə tamamlıdıqdan sonra, 2011-ci ildə 647 bal ilə Qafqaz Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə olunması bölümünə daxil olmuşam. Hazırda həmin bölümün üçüncü kurs tələbəsiyəm. Bundan başqa bu ilin martından etibarən Qafqaz Universiteti Texnoparkında müdir köməkçisi kimi fəaliyyət göstərirəm. Bu günə kimi bir çox tədbirlərdə könüllü olaraq ç...

Azərbaycan bazarına bu gün girən qazanacaq

2014-06-17 18:57:33
Azərbaycan bazarına bu gün girən qazanacaq Bir neçə gün əvvəl Qafqaz Universitetində "eTicarət Master Class" adlı tədbir baş tutub. Türkiyənin aparıcı elektron ticarət platformaları və bank ödəmə sistemləri sahiblərinin çıxış etdikləri tədbirə Azərbaycanın aparıcı şirkət nümayəndələri də qatılıb. Xatırladaq ki, “eTicarət Master Class” Central Business School (CBS) layihəsi nəzdində, Digitera şirkəti tərəfindən təşkil olunub. Azərbaycan Respublikasının prezidentinin son illərdə informasiya və texnologiyalar sektoruna verdiyi dəstək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet layihələrlərin inkişafına göstərdiyi köməyin sayəsində ölkədə İKT sektorunda ciddi bir inkişaf göz önündədir. Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun kiçik və orta sahibkarlığa və eTicarətə dəstəyi sayəsində bu sektor sürətlə inkişaf edir. Tədbirdə Sahibinden.com, Markafoni.com, Doğan Online, Google Türkiyə, Garanti Bankası, Evmanya.com, Akakce.com, KobiMaster kimi iri ticarət platformalarının mütəxəssislər...

Azərbaycandan olan İT layihəsi beynəlxalq mükafata layiq görüldü

2014-06-17 01:38:52
Azərbaycandan olan İT layihəsi beynəlxalq mükafata layiq görüldü 6-9 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində "" adlı müsabiqənin final mərasimi keçirilib. Ötən ilin oktyabr ayından start götürən müsabiqədə məqsəd informasiya texnologiyaları sahəsində innovativ yeniliklərin və insanların tanınması, yeni kadrların qlobal səviyyədə meydana çıxarılmasıdır.Bu ilki tədbirdə Azərbaycandan 2 universitet — Azərbaycan Memarlıq və İnşaat Universiteti və Qafqaz Universiteti üzrə 3 iştirakçı finala vəsiqə qazanıb. Ümumi olaraq 60 universitetin və 200-ə yaxın iştirakçının qatıldığı müsabiqədə 4 istiqamət üzrə yarış keçirilirdi. Müsabiqədə Namət Məmmədzadə və Rəşid Əliyevin təsis etdikləri  layihəsi "ən yaxşı innovativ diplom" istiqaməti üzrə 2-ci yerə layiq görülərək fəxri diplom və gümüş medalla mükafatlandırılıblar.Müsabiqədə 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Qazaxıstan və Ukrayna təmsilçiləri bölüşüblər.Qeyd edək ki, eSaver ev kiçik ofis şəraiti...

Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır

2014-06-06 16:16:02
Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır Qafqaz Universiteti Texnoparkının direktoru: “Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır” Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (Üniversite Sanayi İşbirliği Merkezleri Platformu - ÜSİMP ) 7-ci Milli Konqresi artıq başa çatıb. Türkiyənin Erciyes Universitetinin ev sahibliyi və Mühəndislik Dekanları Şurasının əməkdaşlığı ilə Kayseri şəhərində baş tutan tədbirdə “Ar-Ge” (araşdırma - inkişaf etdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşları, o cümlədən dövlət və özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatların nümayəndələri bir araya gəliblər. Nəzəri və praktik tərəfləri ilə çox səmərəli təşkil olunan ÜSİMP 7-ci Milli Konqresində Azərbaycandan isə Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektoru, dosent Uğur Arif Bölək, Qafqaz Universiteti Texnoparkının (“QUTechnopark”) İdarə Heyətinin sədri, dosent Ş...

USİMP 7-ci Konqresində QUTechnopark da təmsil olundu

2014-05-28 18:05:37
USİMP 7-ci Konqresində QUTechnopark da təmsil olundu Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresi 22-23 May 2014 tarixlərində Kayseri şəhərində keçirildi. 7-ci Milli Konqrensinə Türkiyənin Erciyes Universiteti ev sahibliyi etdi. ÜSİMP 7-ci Milli Konqresi Erciyes Universiteti və Mühəndislik dekanları Şurasının əməkdaşlığı ilə reallaşdırıldı. Konqresdə AR-GE (araşdırma gəlişdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşlarından – dövlət sektoru, özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatlarının nümayəndələri bir araya gəldilər. ÜSİMP Milli Konqresi ölkənin inmişafını aşağıdakı istiqamətlər əsasında təşviq edərək dəstəkləyir:   universitetlərdə tədris və araşdırma fəaliyyətləri ilə yanaşı, yeni və yüksək texnologiya istehsalı, yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, universitetlərdə texnoloji transfer mexanizmlərinin inkişafı, sənayenin yüksək texnologiya idxal və istifadə edən formasından yüksək texnologiya i...

Qafqaz Universiteti Texnoparkı Türkiyə konqresində təmsil olunur

2014-05-23 13:47:29
Qafqaz Universiteti Texnoparkı Türkiyə konqresində təmsil olunur Bu gün Türkiyənin Kayseri şəhərində Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (ÜSİMP) 7-ci Milli Konqresi işə başlayıb. Qafqaz Universitetindən verilən məlumata görə, konqresə universitetin prorektoru Şahin Durmaz, Universitet - İş dünyası əlaqələri üzrə prorektor Uğur Arif Bölək və Qafqaz Universiteti Texnoparkının müdiri İsa Qasımov da qatılıb.Xatırladaq ki, ÜSİMP 2007-ci ildə universitetlərdə texnologiya transfer mexanizmlərinin inkişaf etdirilməsinə və sənaye sektorunun texnologiya idxal edən və istifadə edən bir quruluşdan, texnologiya istehsal edən və ixrac edən, universitetlər ilə təsirli bir əməkdaşlıq içində olan və rəqabət gücü yüksək bir quruluşa çevrilməsində iştirak etmək məqsədilə təsis olunub.Qeyd edək ki, sözügedən tədbir öz işini mayın 23-də yekunlaşdıracaq.CAHANGİR ...

ÜSİMP 7-ci Konqresində QUTechnopark da təmsil olunacaq

2014-05-22 12:50:58
ÜSİMP 7-ci Konqresində QUTechnopark da təmsil olunacaq Türkiyənin Erciyes Universitetinin ev sahibliyi ilə reallaşdırılacaq,  təhsil , tədris və araşdırma fəaliyyətlərinin yanında yeni texnologiya istehsalına , istehsal olunan texnologiyaların cəmiyyətə çatdırılmasının təşviq edilməsinə və universitetlərdə texnologiya transfer mexanizmlərin inkişaf etdirilməsinə və sənaye sektorunun texnologiya idxal edən və istifadə edən bir quruluşdan , texnologiya istehsal edən və ixrac edən , universitetlər ilə təsirli bir əməkdaşlıq içində olan və rəqabət gücü yüksək bir quruluşa dönüştürülməsinə , iştirak etmək məqsədi ilə 2007-ci ildə işə başlayan Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platforması ( ÜSİMP ) , 7-ci Milli Konqresini 22-23 May 2014 tarixləri arasında Türkiyənin Kayseri şəhərində keçiriləcəkdir.   Erciyes Universiteti və Mühəndislik dekanları Şurasının əməkdaşlığı ilə reallaşdırılacaq olan ÜSİMP 7-ci Milli Konqresi , Elm və Texnologiya siyasəti və Elm və Texnologiya Yüksək Kabinetinin qərarlarının davamlı inkişafına qatqı təmin edəcək A...