Meyarlar

"Yeni Fikir" startap müsabiqəsində qiymətləndirmə meyarları aşağıdakı kimidir

 

Layihə heyətinin göstəriciləri:

  • Heyət  üzvlərinin layihənin həyata keçirilməsi üçün uyğunluq (peşəkarlıq) potensialı;
  • Məhsul ilə bağlı texniki bacarığı olan komanda üzvünün olması və onun peşəkarlıq təcrübəsi;
  • Layihə heyətinin əvvəllər üzərində işlədiyi uğurlu nəticə və real referansları.

 

İddia olunan məhsulun (və ya xidmətin) innovativliyi və texnoloji yeniliyi

  • Təklif olunan məhsul və ya xidmətin texnoloji-innovativ xüsusiyyətləri, faydaları və üstünlükləri, eləcə də bu göstəricilərin bənzərlərindən fərqləri

 

 Bazar və rəqabət 

  • Layihənin bazar strategiyası;
  • Hədəf bazarının ölçüləri, əhatə dairəsi və tələbləri;
  • Qlobal və lokal bazarda məhsulun (və ya xidmətin) rəqiblərinə görə üstünlük imkanları;
  • Mövcud istifadəçi və ya neçə müştərilərin olması.

 

Biznes Model

  • Layihənin biznes modeli;
  • Layihənin indiyə kimi cəlb edə bildiyi investisiya imkanları.

 

Qeydlər:

  • Yenifikir VI startap müsabiqəsində kimlər iştirak edə bilər? - "Yeni Fikir VI" startap müsabiqəsində innovativ iş fikri ilə öz şirkətini qurmaq istəyənlər (biznes təşəbbüskarları) iştirak edir.
  • Yenifikir VI startap müsabiqəsində kimlər iştirak edə bilməz? - "Yeni Fikir" startap müsabiqəsində qalib gələrək, indiyə kimi, Müsabiqənin işindən maliyyə dəstəyi almış layihələr "Yeni Fikir VI" startap müsabiqəsində iştirak edə bilmir.