Xəbərlər

CEO Summit 2016 keçirildi

2016-10-17 09:19:12
CEO Summit 2016 keçirildi Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) tərəfdaşlığı və Business Talk-ın təşkilatçılığı ilə Qafqaz Universitetində növbəti CEO Summit keçirilib.   CEO Summit 2016-da Spikerlər iş və karyera həyatı haqqında çıxış edib.   Spikerlər arasında Psixologiya və Konsultasiya Mərkəzi-nin təsisçi rəhbəri Elnur Rüstəmov, Uni Baby Türkiyə-nin təsisçi rəhbəri Ataman Özbay, T&J Marketing Solution-un təsisçi rəhbəri Teymur Məmmədov, Golden Pay-in təsisçi rəhbəri Fərid İsmayilzadə, Horeca.com.az və İdeya Qazandı Verlişi-nin təsisçi rəhbəri Rəşxan Qaraşlı yer alıblar.CEO Summit-də E.Rüstəmov “Uğurun psixologiyası”, A.Özbay “40-a qədər tərləməyən, 40-dan sonra ağlar”, T.Məmmədov “Gününə təkan ver həyatını yaşa - Kofe effekti”, F.İsmayılzadə “Texnologiya dünyanı hara aparır?”, R.Qaraşlı “Özün ol” mövzusunda çıxış edib.   CEO Summit 2016-da müxtəlif üniversitetlərin tələbə və ...

Qutechnopark 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində iştirak etdi

2016-10-10 09:00:20
Qutechnopark 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində iştirak etdi 7-9 Oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilmiş, 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində QUtechnopark da iştirak etdi. Qutechnopark bu sərgidə innovasiyaların inkişafına istiqamətlənmiş müxtəlif xidmət və fəaliyyətləri ilə yanaşı, Yeni Fikir Müsabiqəsi (YFM), həmçinin bu müsabiqəsnin qalibləri olmuş "Secop" və "Minilab" startup layihələri əsasında hazırlanmış prototip çihazların nümayişi təmsil olundu. 3 gün davam edən sərgi boyunca Qafqaz Universitetinə ayrılmış stenddə qonaqlara müxtəlif vasitələrdən (video-çarx, prototip cihazlar, broşür, birbaşa izah etməklə ) istifadə edərək Qutechnopark haqqında informasiya verildi.             Qutechnopark tərəfindən sərgiyə çıxarılan "Secop" layihəsinin prototipi DRON və "Minilab" layihəsinin prototipi "MİNİLAB" adlı cihazlar, xüsusilə sərgiyə gələn qonaqların (dövlət rəsmiləri, elm xadimləri, təhsil işçiləri, iş adamları, tələbələr, məktəblililər və ictimaiyyət nümayəndələrin...

"TechCrunch Disrupta"da iştirak etmiş "Kvotter" komandası ilə görüş

2016-10-03 10:16:57
"TechCrunch Disrupta"da iştirak etmiş "Kvotter" komandası ilə görüş QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 01 Oktyabr 2016-cü il tarixində Yeni Fikir 2016 Müsabiqəsinin qalibi  layihəsinin müəllifləri Coşqun Kərimov və Orxan Əhmədov ilə təşəbbüskar gənclərin, görüşü həyacanlı və səmərəli oldu. Görüşdə, Silikon Vadisindən yenicə qayıtmış Kvotter komandası, innovasiya sahibkarlığı fəaliyyətlərində öz keçdikləri yol ilə yanaşı, ABŞ-ın Kaliforniya ştatında müşahidə etdiklərini, eləcə digər ölkələrə səfərləri zamanı qazandıqları təcrübəni paylaşdılar.   Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:   "Teccrunch disrupt" nədir? Silikon vadisində investisiya alma imkanı verən proqramlar. İnvestorların Startap komandalarına verdiyi dəyər Texnologiya bizi hara aparır? Parolsuz (şifrəsiz) yanaşmalar... Dünya bazarına niyə və necə çıxmalıyıq? Networkingin əhəmiyyəti. Bunu qazanmağın sirləri ABŞ ilə Avropa bazarları arasın...

YFM qalibinin yeni uğuru

2016-07-12 12:45:08
YFM qalibinin yeni uğuru Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən “Braille Pad” layihəsinin müəllifi Rəşid Əliyev “Braille Tech” adlanan azyaşlı görmə qüsurlu insanlar üçün yeni interaktiv cihaz hazırlamışdır. 3-6 yaşlı uşaqlar üçün "Braille" əlifbası ilə yanaşı, nəticəsi 9-a qədər olan riyazi toplamalar və 7 oyun təklif edən cihaz hazırda rus dilində olsa da, onun gələcəkdə dünyada ən çox istifadə olunan 5 dil, həmçinin Azərbaycan dilində də proqramlaşdırılması nəzərdə tutulub. Oyuncaq formasında olan qurğu səs dəstəyi ilə çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi də icada maraq göstərərək cihaz üçün 5 saylı xüsusi məktəbə 3 ay sınaq müddəti təyin edib. Bu sınaq müddətinin sonunda qurğu yararlı olarsa, həmin məktəb üçün 20 ədəd sifariş planlaşdırılır. Yerli bir bank isə ilk 5 prototipin hazırlanmasının xərclərini boynuna götürüb. Almaniyada bu sahədə ixtisaslaşan universi...

Gamebuy.az yeni uğuru

2016-07-11 11:33:15
Gamebuy.az yeni uğuru Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən Gamebuy.az sahə üzrə yeni bir uğura imza atmışdır. Azərbaycanda son illərdə yayılmaqda olan original oyun mədəniyyəti, bu irəliləyişə təkan verəcək Game Portal'ın olmaması səbəbilə bir sıra çətinliklərlə üzləşirdi. Bu çətinliklərin qarşısını almaq üçün original məhsulları təhlükəsiz və zəmanətli formada təqdim edən Gamebuy.az və oyun, film, texnologiya dünyasını cihazlara daşıyan Gameİnfected Media artıq güclərini birləşdirir. Tezliklə komanda yeni əməkdaşları ilə birgə layihələrini təqdim edəcəkdir. Qeyd edək ki, Gamebuy.az  QU Texnoparkın həyata keçirdiyi Yeni Fikir 2016 Müsabiqəsində beşinci yeri qazanaraqQU Texnopark dəstək paketi, o cümlədən Türkiyədə 15 günlük təlim imkanı əldə etmişdir....

"Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual” seminarı

2016-05-28 21:53:47
"Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual” seminarı May ayının 28-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Seymur Rəsulovun təqdimatında baş tutdu. İgiliscə olan seminar “Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual" mövzusunda idi. Seymur bəy uğurlu olmaq üçün lazımi xüsusiyyətlərdən, missiyaya sahib olmağın önəmindən, uğur üçün yol xəritəsi müəyyən etməli olduğumuzdan, tez-tez "Mən haradayam?" sualını özümüzə verməli olduğumuzdan bəhs etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.Qeyd edək ki, Seymur Rəsulov EBSCO-nun regional meneceri, Noww platformasının həmtəsisçi və icraçı direktoru və ilk Azərbaycanlı TED spikeridir....

"Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” seminarı

2016-05-21 21:52:47
"Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” seminarı May ayının 21-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Xəyal Məmmədxanlının təqdimatında baş tutdu.   Seminar “Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” mövzusunda idi. Xəyal bəy dinləyicilərin diqqətini müasir biznesin yeni norma və qaydaları, korporariv idarəetmənin önəmi, yeni satış siyasəti, ictimaiyyətlə professional əlaqə qumağın əhəmiyyəti kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.Qeyd edək ki, Xəyal Məmmədxanlı ARK Business Solutions şirkətinin rəhbəri, biznes məsləhətçisi və təlimçidir....

İnnovasiya iqtisadiyyatı stimullaşdırılacaq

2016-05-14 14:58:42
İnnovasiya iqtisadiyyatı stimullaşdırılacaq Mütəxəssislər elmi innovasiya fəaliyyəti həyata keçirən müəssisə və təşkilatların stimullaşdırılması üçün müxtəlif variantlar olduğunu bildirirlər Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması təklif edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ "Elm haqqında" qanun layihəsinin ikinci oxunuş üçün təkmilləşdirilmiş yeni variantına daxil edilib. Layihədə elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri də müəyyənləşdirilib. Layihəyə görə, milli innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, prioritetlər üzrə texnoloji inkişafa hədəflənən uzunmüddətli innovasiya proqramlarının hazırlanması və həyata keçirilməsi elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olacaq. Layihədə qeyd edilir ki, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri innovasiya...

“Yeni Fikir 2016” müsabiqəsində qaliblər bəlli oldu

2016-05-12 21:14:00
“Yeni Fikir 2016” müsabiqəsində qaliblər bəlli oldu “Yeni Fikir 2016” müsabiqəsinin final proqramı Bakı Biznes Mərkəzində baş tutub. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniçin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, “Yeni Fikir” müsabiqəsi layihəsinin rəhbəri İsa Qasımov tədbirin cəmiyyətimiz üçün faydasından danışıb və iştirakçılara uğurlar arzulayıblar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layihlərini təqdim edib.&nb...

“4-cü Qafqaz Biznes Forumu”

2016-05-12 19:44:22
“4-cü Qafqaz Biznes Forumu” May ayının 12-də Qafqaz Universitetində “4-cü Qafqaz Biznes Forumu” keçirildi. “Azərbaycanda texnoloji sahibkarlığın gələcəyi” mövzusuna həsr olunan forum universitetin rektoru Ahmet Saniç və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Chang-gyu'nun açılış nitqləri ilə başladı. Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin təşkil etdiyi foruma Qafqaz Universiteti Texnoparkı, Yüksək Texnologiyalar Parkı, Baku Business Factory, Barama Azercell, Next Step İnnovasiya Mərkəzi, Applab Bakcell kimi ölkənin innovasiya üzrə aparıcı müəssisələri qatılmışdır. Qeyd edək ki, forumda QU Texnopark Layihələrin Inkişafı və Texnoloji Transfer şöbəsinin rəhbəri Zəfər Həsənov “Azərbaycanda akseleratorlar və inkubatorlar üçün strategiyaların irəli sürülməsi” və “Startap ekosistemi üçün Azərbaycan universitetlərinin öhdəlikləri” mövzularında maraqlı çıxış ...

“Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” seminarı

2016-05-12 18:43:16
“Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” seminarı   May ayının 12-də QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri professor Akif Musayev iştirakçılarla “Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” sualı ətrafında müzakirələr apardı. Akif bəy dövlətimizdə vergi sisteminin spesifik xüsusiyyətləri, gündəlik həyatda iqtisadi həllər, iqtisadi inkişafa aparan amillər, iqtisadiyyatın uğurlu gələcəyi hazırki nəsillərdən nə tələb edir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların vergi və iqtisadiyyatın qarşılıqlı əlaqəsi mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı....

Yeni Fikir 2016 – nın final mərhələsi keçirilib

2016-05-03 13:37:05
Yeni Fikir 2016 – nın final mərhələsi keçirilib Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap...

Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

2016-05-02 21:09:18
Yeni Fikir 2016-nın qalib startapları açıqlandı Məlumat verdiyimiz kimi, bu gün Bakı Biznes Mərkəzində Yeni Fikir 2016 müsabiqəsinin final mərhələsi keçirilib. Xeberler.az-ın məlumatına görə, tədbirdə finala seçilmiş münsiflər qarşısında təqdimat edib. Yeni Fikir 2016-da 1-ci yeri layihəsi qazanıb. Qeyd edək ki, layihənin rəhbəri  layihəsindən tanıdığımız Orxan Əhmədovdur. Komanda isə startapçı,  və Nicat Əsədov, Tural Mehdiyev, Ziyəddin Ovçiyevdən ibarətdir. 2-ci yerə isə  layiq görülüb. Layihənin rəhbəri Murad Ələkbərovdur. 3-cü yerə MiniLab (Rəşid Əliyev) 4-cü yerə  (Fidan Rüstəmova) 5-ci yerə  (layihə rəhbəri Seymur Həşimov) komandası seçilib. Qalib layihələrin iştirakçıları 5 min Avro, Almaniya və Türkiyə Texnoparklarında 15 günlük təlimlər və Sup.az və QUTechnopark İnkubasiya mərkəzlərində 1 illik pulsuz istifadə imkanları əldə edib. Qafqaz Universiteti texnoparkı (QUtexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə hər ilmüsab...

“Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib

2016-05-02 12:59:56
“Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Digər çıxışlarda da qeyd olundu ki,layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı...

“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

2016-05-01 23:55:19
“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar Aprelin 30-da Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib. AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Əhməd Saniç müsabiqənin təşkilinin mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə üçün informasiya texnologiyaları sahələrində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, layihə, həmçinin innovativ sahibkarlığın inkişafına dəstək verir, kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqəyə qatılmaq üçün 211 layihə qeydiyyatdan keçib. Onlardan 30-u yarımfinala vəsiqə qazanıb, 13 layihə final mərhələsində yarışır. Hər bir layihənin təqdimatı üçün on dəqiqə vaxt ayrılıb. Müəlliflər beş dəqiqə ərzind...

“Yeni Fikir 2016 Müsabiqəsi”nin final proqramı keçirilib

2016-05-01 18:21:27
“Yeni Fikir 2016 Müsabiqəsi”nin final proqramı keçirilib Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin innovativ sahibkarlığın formalaşması istiqamətində təşkil etdiyi “Yeni Fikir 2016 Müsabiqəsi”nin (YFM) final proqramının mükafatlandırma mərasimi keçirilib. Qafqaz Universitetinin nəzdindəki Texnoparkda (QUTechnopark) “Yeni Fikir 2016 Müsabiqəsi”nin keçirilməsinin əsas məqsədi innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan innovativ mühitin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, İKT-nin inkişafına yardım etmək, kreativ və təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək olmaq, onların innovativ ideyalarını inkişaf etdirmək, həmçinin təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynamaqdan ibarətdir. YFM “QUTechnopark”ın təşkilatçılığı ilə yanaşı, “Khazar Ventures”, “Sup.az” və “KOÇ Sistem Azər...

“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

2016-05-01 11:08:38
“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar Bakı, 30 aprel,   Aprelin 30-da Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib.  xəbər verir ki, universitetin rektoru, professor Əhməd Saniç müsabiqənin təşkilinin mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə üçün informasiya texnologiyaları sahələrində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, layihə, həmçinin innovativ sahibkarlığın inkişafına dəstək verir, kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqəyə qatılmaq üçün 211 layihə qeydiyyatdan keçib. Onlardan 30-u yarımfinala vəsiqə qazanıb, 13 layihə final mərhələsində yarışır. Hər bir layihənin təqdimatı üçün on dəqiqə vaxt ayrılıb. Müəlli...

Yeni Fikir 2016 Müsabiqəsinin qalibləri elan olundu‬

2016-04-30 22:32:22
Yeni Fikir 2016 Müsabiqəsinin qalibləri elan olundu‬ Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı 30 Aprel 2016-cı ildə Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layih...

Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu

2016-04-02 12:00:26
Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu 211 layihənin qeydiyyatdan keçdiyi Yeni Fikir 2016 Müsabiqəsində (YFM) 30 layihə yarımfinala vəsiqə qazanıb.   YFM 2016 əsasında yarımfinal mərhələsi 09 Aprel 2016-cı il tarixində "Sup.az"ın ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 153)  keçiriləcək.   Yarımfinala vəsiqə qazanmış layihələrin siyahısı və bu mərhələdə tətbiq olunacaq qaydalar haqqında geniş informasiyanı aşağıdakı ünvandan istifadə edərək əldə edə bilərsiniz.    Qeyd edək ki, 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatı təsdiqlənmişdi. Qediyyatdan keçən layihələr veb səhifədə  yerləşdirilib.   İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.    Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcr&uum...

Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib

2016-03-21 21:03:00
Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib Yeni Fikir 2016 Müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı Martın 17-də başa çatdı.  elektron səhifəsindən istifadə edərək "online" formada həyata keçirilən layihələrin qeydiyyatı prosesinə 01 Fevarl 2016-cı il tarixində başlanmışdı. 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatdan keçib. Qediyyatdan keçən layihələr  ünvanında yerləşdirilib.   Hazırda ilkin qiymətləndirmə prosesinə başlanıb. Qiymətləndirmə prosesi müxtəlif sahələrdə fəaliyyət göstərən təcrübəli mütəxəssilər tərəfindən təmin edilir. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.    Yarımfinal və final mərhələdə isə, layihələri qiymətləndirərkən aşağıdakı meyarlar əsas görürləcək:   1. Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarı...