QUTechnopark "Uğur karyeranı doğru təyin etməkdən başlar" seminarını keçirdi
Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.
13 Dekabr 2014-cü il tarixində keçirilən seminar Fərdi İnkişaf & Test Mərkəzinin təsisçisi "Uğur karyeranı doğru təyin etməkdən başlar" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.
Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:
Özünü reallaşdırma |
İş seçimində edilən yanlışlıqlar və nəticələr |
Uğurmu və Xoşbəxtlikmi? |
Xəyal və Hədəf anlayışı |
Şəxslərarası Münasibətlər |
Çarəsizlik & Tənbəllik |
Uğursuzluq qorxusu & Idarə edilməsi |
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.