"QUTechnopark" innovativ sahibkarlığın inkişafına dəstəyini davam etdirir

16 Feb 2015 09:00
"QUTechnopark" innovativ sahibkarlığın inkişafına dəstəyini davam etdirir

QUTechnopark Azərbaycanda innovativ sahibkarlığın inkişafına dəstək proqramlarını davam etdirir. Bu məqsədlə, 13-15 fevral 2015-ci il tarixlərində, "Girişimşilik, İnnovasiya, E-ticarət" mövzusunda keçirilən seminar-proqramlar Berke Sarpaşın təqdimatında keçirildi.

Berke Sarpaş 2014-cü ildə Türkiyədə ‪‎İlin Ən Yaxşı Gənc Girişimçisi seçilib. O, hazırda ‪‎Türkiyədə "Girişim Savaşçısı" və digər bir neçə şirkətin təsisçisidir. 
13 fevral 2015 tarixində keçirilən proqramda QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin iştirakçıları ilə yanaşı, Qafqaz Universitetinin tələbə və müəllimləri, eləcə də müxtəlif universitetlərdən gəlmiş ‪‎Sabah Qruplarından tələbələr də iştirak etdi.

Berke Sarpaşın təqdimatında 14 Fevral 2015-cü il tarixində keçirilən digər bir seminar isə İpək Yolu SİDİB-in dəstəyi ilə, 60 nəfər iş adamının iştirak etdiyi "Beynəlxalq ticarət, ortaqlıq və sərmaye qoyuluşu" mövzusunda təşkil edildi.

15 Fevarl 2015-ci il tarixində Qafqaz Universitetində keçirilən "Girişimşilik, İnnovasiya, E-ticarət" mövzusunda keçirilən seminar-proqram isə xüsusi marağa səbəb oldu. Bu seminarda 220 nəıfər iştirak etdi.

Yuxarıda qeyd olunan seminarlarda, müxtəlif sahələrdən, ümumilikdə 500 nəfərə yaxın adam iştirak etdi.
Hazırda, QUtechnopark "Girişim Savaşcısı" şirkəti ilə daha böyük proqramların keçirilməsi üzərində iş aparır.