Xəbərlər

Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi

2014-01-14 17:11:47
Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi Sahibkarlığın inkişafına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. Bu barədə universitetin mətbuat xidmətindən qəzetimizə məlumat verilib. QUtechnopark-ın bu dəfəki qonağı Türkiyədə fəaliyyət göstərən “ABC Danışmanlık və Təhsil Ltd.” şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin m&uu...

Cəmiyyət AMEA-da innovasiya mövzusunda fikir mübadiləsi aparılıb

2014-01-14 02:41:48
Cəmiyyət AMEA-da innovasiya mövzusunda fikir mübadiləsi aparılıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynov Rəyasət Heyətində Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla görüşüb. SİA-nın məlumatına görə, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA-nın Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanıb, bu sahədə fikir mübadiləsi aparılıb.Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulayıb və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyi əminliklə bildiriblər. Qeyd edək ki, ötən həftə Bakıda Qafqaz City Hoteldə Y. Özözərin təqdimatında “İnnovasiya” adlı seminar keçirilib....

Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə İNNOVASİYA seminarları keçirild

2014-01-13 17:38:28
Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə İNNOVASİYA seminarları keçirild Sahibkarlığın inkişaflına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. QUtechnopark-ın bu dəfə ki, qonağı Türkiyədə fəaliyyət göstərən ABC Danışmanlık və Təhsil Ltd. şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 Yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-da AMEA proezidentinin müşaviri Rəhim Hüseynovla başlayan görüşlər, daha s...

AMEA-nın innovasiya sahəsində apardığı islahatlarla bağlı fikir mübadiləsi aparılıb

2014-01-13 16:52:45
AMEA-nın innovasiya sahəsində apardığı islahatlarla bağlı fikir mübadiləsi aparılıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “QUTexnopark” arasında innovasiya mövzusunda fikir mübadiləsi aparılıb.Müzakirələr AMEA prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynovla Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla keçirilən görüşdə baş tutub. AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanıb, bu sahədə fikir mübadiləsi aparılıb. Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulayıb və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildiriblər.  Qeyd edək ki, ötən həftə Bakıda “Qafqaz City Hotel&r...

AMEA və Qafqaz Universiteti bir araya gəldi

2014-01-13 16:37:29
AMEA və Qafqaz Universiteti bir araya gəldi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynov Rəyasət Heyətində  Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla görüşüb. AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA-nın Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanmış, bu sahədə fikir mübadiləsi aparılıb. Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulamış və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyi əminliklə bildiriblər. Qeyd edək ki, ötən həftə Bakıda Qafqaz City Hoteldə Y.Özözərin təqdimatında “İnnovasiya” adlı seminar keçirilib....

YFM iştirakçılarına İNNOVASİYA seminarı verildi

2014-01-13 13:34:14
YFM iştirakçılarına İNNOVASİYA seminarı verildi 10 Yanvar 2014. QUTechnopark-ın təşkilatçılığı ilə keçirilən Yeni Fikir Müsabiəsi iştirakçılarına türkiyədən dəvət olunmuş mütəxəssis Yekta Özözerin təqdimatında İNNOVASİYA seminarı verildi. Qeyd edək ki, Yekta Özözer sahibi olduğu ABC Danışmanlık və Təhsil Ltd. şirkəti olaraq Türkiyə və xaricində xeyli sayda böyük firmaya İnnovasiya, yaradıcı problem həll etmə, İdarəçilik və Motivasiya mövzularında dəstək verir....

Qafqaz Universiteti Yeni Fikir Müsabiqəsi elan edib

2014-01-10 15:55:57
Qafqaz Universiteti Yeni Fikir Müsabiqəsi elan edib Qafqaz Universiteti “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində Yeni Fikir Müsabiqəsi (YFM) elan edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu layihəni keçirməklə “QUTechnopark” ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atıb. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi ...

QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir

2014-01-10 15:00:29
QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir Qafqaz Universiteti Texnologiya Parkının (“QUTechnopark”) təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, “QUTechnopark” bu layihəni həyata keçirməklə ölkədə sahibkarlığın inkişafına dəstək verir. Eyni zamanda, gənclər arasında bu sahədə təşəbbüskarlığı təşviq edir. Yeni fikir müsabiqəsi təşəbbüskar gənclərlə iş dünyası arasında körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Yeni fikir müsabiqəsi “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.Layihənin missiyası “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq informasiya-kommunikasiya texnologiyalarının inkişafına, təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək verməkdir. Müsabiqənin məqsədi texnologiya sahəsində innova...

Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi

2013-12-27 09:56:59
Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi 26 Dekabr 2013 - Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi.Təqdimatın keçirilməsində kömək etdikləri üçün ADA rəhbərliyinə, həmçinin ADA Karyera Mərkəzinin müdiri İnarə xanım Bəşirovaya və onun komandasına təşəkkür edirik....

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir

2013-12-25 09:19:18
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov görüşdü. Görüşdə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark)  İdarə Heyətinin sədri Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri də  iştirak etdi. İKT-nin inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladılar. QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun nizamnaməsinə uyğun dəstəklərin ayrılması müzakirə edildi. ...

AzMİU-da YFM-nin təqdimatı keçirildi

2013-12-24 11:21:36
AzMİU-da YFM-nin təqdimatı keçirildi 23 Dekabr 2013 -  Azərbaycan Memarlıq və İnşaat Universitetində YFM-nin təqdimatı keçirildi. Təqdimatın keçirilməsində bizə köməklik edən AzMİU rəhbərliyinə, xüsusilə elm və texnika işləri üzrə prorektor prof. Arif Rza oğlu Şərifova, Beynəlxalq Əlaqələr üzrə Koordinator dosent  Könül Əliyevaya və universitetin tələbə təşkilatına təşəkkür edirik.     ...

AMEA Prezidentinin Müşaviri QUTechnoparkla tanış oldu

2013-12-24 09:32:18
AMEA Prezidentinin Müşaviri QUTechnoparkla tanış oldu Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin müşaviri Rəhim Hüseynov QUTechnopark-ı ziyarət etdi.  Rəhim Hüseynov burada fəaliyyət göstərən MinA  LLC, Azer.Net  MMC, AZEL ELEKTRONIK LTD və dirgər şirkətlərin təmsilçiləri ilə söhbət edərək, texnoparkın imkanları ilə ətraflı tanış oldu. Müzakirələr zamanı şirkətlərin iş prinsipi ilə yaxından maraqlanan Rəhim Hüseynov, şirkətlərin fəaliyyətində Universitetin tələbə və magistrlarının, həmçinin professor-müəllim heyətinin rolunu diqqətlə izlədi. ...

QUTechnopark "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi

2013-12-23 09:28:05
QUTechnopark "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 21 dekabr 2013-cü il tarixində keçirilən seminar Sumqayıt Kimya Sənaye Parkı Azertexnolayn MMC Hidrotexniki Avadanlıqlar Zavodu Müdiri Seymur İlyasovun təqdimatında " İstehsalatda Toyota üsulu və Yalınlaşdırma " mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:      Toyota  ağıllı istehsalata niyə keçmək məcburiyyətində qaldı?      Keçidə haradan və necə başladı?   Nə qədər müvəffəq oldu?      Yalınlaşdırma bir şirkəti necə və nə qədər inkişaf etdirə bilər? Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirmə...

Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı

2013-12-17 02:58:16
Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı 17 dekabr 2013 - Azərbaycan Texniki Universitetində YFM 2014 Layihəsinin təqdimatı keçirildi. YFM 2013 Layihəsində Azərbaycan Texniki Universitetinin tələbə və məzunları aktiv olmuşdular. Bu Layihədə daha da aktivlik gözləyirik. Təqdimatın keçirilməsində köməklik göstərdiklərinə görə AzTU-nun rəhbərliyinə və fəal tələbələrinə təşəkkür edirik....

İş adamları QUTechnopark-ın qonağı olduları

2013-12-14 20:32:06
İş adamları QUTechnopark-ın qonağı olduları FranklinCovey şirkətinin (Turkiyə) direktoru Suresh Gunaratnam, TexnoYapı şirətinin (Turkiyə) sahibi Kadir Tolga Erpinar və VİP CON şirkətinin (Azərbaycan) sahibi Ramiz Məmmədli Azərsu ASC HR direktoru Rahib bəylə birgə QUTechnopark-ın qonağı oldular....

QUTechnopark "Sahibkar düşüncəsinin əsasları" seminarını keçirdi

2013-12-14 20:20:58
QUTechnopark "Sahibkar düşüncəsinin əsasları" seminarını keçirdi Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 14 dekabr 2013-cü il tarixində keçirilən seminar Şeraton Bakı Mehmanxanasında kadrlar şöbəsinin rəis müavini, təlimçi menecer, FORENS online təhsil şəbəkəsinin təsisçisi, Oratorica Bakı təlim şəbəkəsinin həmtəsisçisi Talıb Bayramovun təqdimatında "Sahibkar düşüncəsinin əsasları" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: -  Yaxın dairə nəzəriyyəsi       -  Həyat portreti-  Boston matrisası                -  Əbədi Xoşbəxtlik sindromu   Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbü...

QUTechnopark "CRDF Global" şirkəti ilə əməkdaşlıq edəcək

2013-12-11 11:13:56
QUTechnopark "CRDF Global" şirkəti ilə əməkdaşlıq edəcək "CRDF Global" şirkətinin Proqram Meneceri Evgeniy Krasowski Azercell Telekom MMC-nin nümayəndələri ilə birgə QUTechnopark-ı ziyarət etdilər. (11 Dekabr 2013) QUTechnopark-la tanış olduqdan sonra, qarşılıqlı əməkdaşlığın persdpektivləri ilə bağlı görüş keçirildi. QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqsəi iştirakçılarının ideyanın şirkətləşdirilməsi  (və ya nəticələrin səmərəliliyinin artırılması) üçün lazım olan mentor  və ya təlim kimi proseslərdə, həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün həyata keçiriləcək tədbirlərin təşkilində  "CRDF Global" şirkətinin imkanlarından istifadə oluna biləcəyi, görüşün başlıca müzakirə obyektlərindən oldu. Qeyd edək ki, "CRDF Global" şirkəti iqtisadi artıma elm və texnologiyanın tətbiqini təşviq edərək ixtira, innovasiya, sahibkarlıq və texnologiyanın kommersiyalaşdırılmasına dəsətk verərək,  beynəlxalq əməkdaşlığa əhəmiyyət verən tanınmış şirkətlərdəndir. ...

Gələcəyin mühəndisləri QUTechnoparkda

2013-12-10 17:35:31
Gələcəyin mühəndisləri QUTechnoparkda Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə 1-ci kurs magistr tələbələri QUTechnopark-la tanış oldular. Tanışlıq görüşü Dos.Dr. Şahin Durmazın tədris etdiyi "Ümumi keyfiyyətin idarəolunması və standartlar" fənni əsasında keçirildi....

Marketinq kinoya bənzər, mənim öz kinom

2013-12-08 12:21:20
Marketinq kinoya bənzər, mənim öz kinom QUTechnopark-ın təşkil etdiyi Təşəbbüskarlıq Seminarları silsiləsindən növbəti seminar 07 dekabr 2013-cü il tarixində iqtisadçı, Amerika Marketing Assosasiyasının üzvü, German Studio şirkətinin sahibi, Marketinq və Satışın idarə edilməsi sahəsində 10 ilə yaxın iş təcrübəsi, Azərbaycanda ilk Marketinq təlimlərinin (Marketinq AİR) və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçisi Dr. İlkin Manafovun təqdimatında "Marketinq kinoya bənzər, mənim öz kinom" adı ilə, keçirildi. Seminar çox maraqlı olmaqla yanaşı, fərqli idi. Təqdimatçının məharətlə,  eləcə də sadəliklə təqdim etdiyi məqamlar sözün həqiqi mənasında fərqlilik ortaya çıxardı. Seminardan bəzi məqamlar: - Alma almaya bənzər, ancaq iki almadan biri tamamilə fəqrlidir, onu fərqli edən çəyirdəyinin olmamasıdır...- Fərqlənmək... Məşədiİbadı digərlərindən fərqləndirən Onun təkbaşına çay içməsi...- Müasir biznesdə Məşədiİbaddan oğrulanan məqamlar....- Fərqlənmə nəzəriyyəsi...- Marketinqdə ədalətlilik prin...

Elektron universitet sistemi Boloniya prosesinin tələbidir

2013-12-05 14:48:52
Elektron universitet sistemi Boloniya prosesinin tələbidir Bu günlərdə Qafqaz Universiteti daha bir yeniliyə imza atıb. Universitet Elektron Məlumat Sisteminin bazara təklif edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb. Məlumat üçün bildirək ki, on ilə  yaxındırkı Qafqaz universitetində elektron universitet sistemi tətbiq olunur. Protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir. Bu Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz edilərək yeni tədbirlər planı hazırlanacaqdır. Təkmilləşdirilən Sistem Qafqaz Universitetində tədbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaqdır. Avropa universitetlərinində tətbiqinə ehtiyacı duyulduğu bu sistem ilkin mərhələdə Azərbaycanda ...