Xəbərlər

“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu

2015-04-28 11:47:15
“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2015" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmış və yalnız 12-si final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd olundu ki, müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilir. Gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan, sahibkarlıq fəaliyyətini təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə işgüzar dairələr arasında real körpü rolunu yır. Hər il ənənəvi olaraq keçirilən müsabiqə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) idey...

Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib

2015-04-27 11:41:52
Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib Qafqaz Universiteti Texnoparkı  tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib. Əvvəlcə müsabiqə barədə məlumat verilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.Layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes mo...

QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu

2015-04-25 21:00:15
QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu Qaliblər aşağıdakı kimi mükafatları qazandılar.   1-ci yeri qazanan layihə:  "Security Copter" - 5000 manat   2-ci yeri qazanan layihə:  "Baku Parking" - 3000 manat   3-cü yeri qazanan layihə: "SOTEQA LAB" - 2500 manat   4-cü yeri qazanan layihə: "Braille Pad" - 1500 manat   Müsabiqədə yüksək nəticə göstərərək mükafatlar qazanan digər layihələr: "Avtomatik Müdafiə Qurğusu" - 1000 manat "Appoll" - 1000 manat "KURSLU.COM - onlayn təlim şəbəkəsi" - 1000 manat "seyahetler.com" - 1000 manat "ServiceOn" - 1000 manat "Reflected Security" - 1000 manat "Kitabmatik" - 500 manat "Never Again" - 500 manat Yuxarıda qeyd olunan layihələrin inkişafı üçün QUTechnopark-ın təmin edəcəyi digər dəstəklər aşağıdakı kimidir: 1.  Layihənin müəllifləri, iş fikirlərinin şirkətləşdirilməsi məqsədilə, QUTechnopark-da təsis edilmiş İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz istifadə edə biləcək. 2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəs...

Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək

2015-04-08 12:12:37
Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan  Aprelin 25-də, Park İnn Oteldə keçiriləcək. Finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmışdır.  Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. YFM yüksək texnologiyaların inkişafı istiqamətində ...

Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib

2015-04-05 12:00:33
Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib QU Texnoparkın təşkilatçılığı ilə həyata keçirilmiş Yeni Fikir Müsabiqəsi 2014-ün qalibi BethClip layihəsi artıq xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak etməkdədir. Bu dəfə layihənin rəhbəri Rəşid Əliyev Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference-da çıxış etmək imkanı qazandı. Orada stend təşkil etmiş və təqdimat yarışmasında iştirak etmiş Rəşid bəy finala keçmiş 10 startupçıdan biri oldu. Yarış nəticəsində xal hesabı ilə beşinci olan layihə son günlərdə Oasis 5000-ün İordaniya filialından inkubasiya və investisiya təklifi ilə yanaşı, hələ adlarının açıqlanmasını istəmədikləri 2 mələk investordan da təklif almışdır və təkliflər öncəki investorlarla birgə dəyərləndirmə mərhələsindədir....

Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında

2015-04-03 20:02:50
Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkı ilə əməkdaşlıqda maraqlıdır.Aprelin 2-də Koç Holdinq qrupuna aid olan KoçSistem şirkətinin Azərbaycan təmsilçiliyinin nümayəndələri Qafqaz Universiteti Texnoparkında oldular. Şirkətin direktoru Dos.Dr. Ali B. Kutvan və şirkətin satış üzrə meneceri Görkem Gökce ilə Qutechnopark-da geniş tərkibli görüş keçirildi. Əvvəlcə, QUTexnoparkın direktoru Dos.Dr.İsa H.Qasımov QUTexnopark-ın fəaliyyəti və potensial imkanları haqqında qonaqlara informasiya verdi. QUTexnopark İdarə Heyətinin sərdi Dos.Dr. Şahin H. Durmaz və QUTexnopark-ın bəzi Rezidentlərinin də iştirak etdiyi görüşdə qarşılıqlı təkliflər qiymətləndirildi və əməkdaşlıq imknaları müzakirə olundu. Görüş əsanasında hər iki tərəfin maraqlarını əks etdirən məqamların yaxın gələcəkdə dəyərləndirilərək razılığa gəlinməsi nəzərdə tutuldu....

YFM 2015 finalçıları üçün təlimlər

2015-04-01 00:53:21
YFM 2015 finalçıları üçün təlimlər Yeni Fikir 2015 Müsabiqəsi yeni startupçılara dəstəyi hədəf götürən bir yarış olduğu üçün finala qədər iştirakçılar üçün xüsusi təlimlərin də həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün finala vəsiqə qazanmış layihələrin müəlliflərinə iş fikirlərinin inkişaf etdirilməsi, eləcə də final proqramına hazırlıqlarla bağlı seminarlar keçirilmişdir. Bu müstəvidə Münsiflər heyəti üzvlərinin layihə müəllifləri ilə görüşü, İnnovativ sahibkarlıq mövzusunda Məmməd Kərimin, "Təqdimat bacarıqları" mövzusunda Dr. Elnur Əsgərlinin, "Biznes Plan" mövzusunda dr. Kərim Məmmədovun, "StartUpların formalaşması və inkişafında Yaponiya təcrübəsi" mövzusunda Tofiq Həsənovun təqdimatında seminar və ya görüşlər keçirilmişdir.Görüşlər əsnasında layihə müəllifləri innovativ sahibkarlığın spesifik xüsusiyyətləri, təqdimat əsnasında yerinə yetirilməsi mühüm olan məqamlar, uğurlu biznes planının başlıc...

“Yeni Fikir 2015” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan layihələr müəyyənləşib

2015-03-30 19:34:13
“Yeni Fikir 2015” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan layihələr müəyyənləşib "Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...

Yeni Fikir-2015 müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub

2015-03-30 15:11:52
Yeni Fikir-2015 müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub "Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...

Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu

2015-03-29 19:00:22
Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu    Uzun müddətdir böyük səbrsizliklə gözlənilən Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu. Ölkəmizin müxtəlif təhsil müəssisələri və dövlət, həmçinin özəl şirkətlərindən olan iştirakçılar müxtəlif sahələrə aid layihələri ilə münsiflər heyətinin qarşısına çıxdı. Yarışmaya eyni zamanda Türkiyədən də qatılanlar olmuşdur. Iştirakçılar öz layihələrinin məqsədi, vizyonu, yenilikçi spesifik xüsusiyyətləri, layihənin hansı auditoriyaya xitab etdiyi haqda məlumat verərək münsiflər heyətinin suallarını cavablandırdı. Təqdimatını bitirən iştirakçılara həm də öz fikirlərini, iradlarını bildirmələri üçün anket paylandı. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi ölkəmizdə innovasiya meyilli layihələrin tanınması və onlara dəstək üçün təşkil olunur. Bu arada müsabiqənin final mərhələsinə vəsiqə qazanmış iştirakçılar artıq bəllidir. Bütün iştirakçılara gələcək fəaliyyətlərind...

"Yeni Fikir" müsabiqəsinin yarım finalı keçirildi

2015-03-29 02:00:18
"Yeni Fikir" müsabiqəsinin yarım finalı keçirildi Bu gün Qafqaz Universitendə növbəti «Yeni Fikir» müsabiqəsi baş tutdu. Bu müsabiqə hər il QUTechnopark tərəfindən təşkil olunur, və texnologiya sahəsində sahibkarlığın inkişafına və innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır. Yarım finalda iştirak edən startup-lar aşağıdakılardır: Wearn Sahibi ilə birgə böyüyən velosiped Wind Up Bird Serviceon Security Copter Yoldash.az Appoll Never Again Elektrik istehsal edən Klaviatura Smart Tester-Azerbaijan's First Software Testing Tool Avtomatik Müdafiə Qurğusu Baku Parking Start BMS (Business Management System) SOTEQA LAB Avtomatik Tuşlayıcı Reflected Security Pyezoelektrik üsulu ilə enerji əldə edilməsi IMA TRANSLATION Qanver.com seyahetler.com Kitabmatik AzTrack Navigation Company KURSLU.COM — onlayn təlim şəbəkəsi JokiBag Braille Pad Collaborative Office http://technimum.com/blog/start-up/5606.html...

"Chamadan" Coffee House

2015-03-28 11:11:21
"Chamadan" Coffee House "Chamadan"la durmadan irəli...Bu dəfə layihələri haqda məlumat verəcəyimiz şəxslər "Chamadan" Coffee House təsisçiləri, Qafqaz Universiteti Biznesin təşkili və idarə edilməsi bölümü son kurs tələbələri Nərmin Yardımlı və Nigar Mövsümlüdür. Kofeyə hər zaman böyük marağı olan tələbələrimiz hər zaman bir yeniliyə imza atmaq arzusunda olmuşlar. Belə ki, həyatları boyu iz qoymaq əsas öncəlikləri olub. Və bu atdıqları hər addımda təzahür edib. 4 il öncə tanış olmuş tələbələrimiz arzularını gərçəkləşdirmək üçün bir yerdə yola çıxmaq qərarına gəlmiş və daim qarşılarına sonradan uğurla müvəffəq olduqları məqsədlər qoymuşlar.Möhkəm iradənin bəhrəsi...Onların bu layihəni ərsəyə gətirmə hekayələri isə olduqca maraqlıdır.Keçən il Litvada sahibkarlıq yarışında iştirak etdikləri zaman onlar dar küçələrdən keçərkən yüksək keyfiyyətli kofenin ecazkar ətrini hiss etmiş və bundan ilham almışlar. Əslində onlar öz layihələrini şəhərdə səyyar maşınla başlatmaq...

Happy Farm QUTechnopark-da

2015-03-16 22:22:09
Happy Farm QUTechnopark-da Mart ayının 16-da QUTechnopark və  ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri baş tutdu. İştirakçılar Happy Farm CEO və təsisçisi  təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" çıxışına qulaq asmaq şansı əldə etdilər. Çıxış əsnasında investorların komandaya verdiyi önəm, layihəni hazırlayarkən kimə və cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağınızın, ilk təəssüratın, opponentin mövcudluğunun, startupçının özünə inamının, bazar araşdırmasının, müqavilə ilə yaxından tanış olmağın, qrupda liderin olmasının, satmağı bacarmağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti məsələlərinə toxunuldu. Tədbirdə həm də iştirakçıların suallarını cavablandıran və startup ideyaları ilə tanış olan Anna xanım sonda QUTechnopark heyətinə minnətdarlığını bildirdi. Qeyd edək ki, Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7...

ADNA Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular

2015-03-13 12:06:51
ADNA Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular   Mart ayının 13-də Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular. Qonaqlar arasında texnika elmlər namizədi Zəfər Qurbanov da var idi. ADNA nümayəndələrinə QUTechnopark heyəti tərəfindən keçirilən innovativ sahibkarlıq yönümlü tədbir, seminar, görüş və müsabiqələr, startupçı tələbələrə, onların layihələrinin gələcəkdə biznesə çevrilməsi üçün verilən dəstək, QUTechnopark könüllülərinin fəaliyyətindən bəhs edildi. Eyni zamanda qonaqlar rezidentlər və onların fəaliyyəti ilə də tanış oldu. Bundan əlavə, QUTechnopark könüllüsü Eltac Alrzalı  Qafqaz Universiteti tələbəsi Eyyub Hüseynzadənin Kitab dünyası startupı barədə, QUTechnopark könüllüsü Mina Abbasova isə Qafqaz Universiteti tələbəsi Murad Həsənzadə tərəfindən qurulmuş Weby şirkəti haqda məlumat verdi. Qonaqlar fəaliyyətləri yüksək qiymətləndirərək QUTechnopark və Happy Farm tərəfindən ortaq layihə olaraq keçir...

Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

2015-03-12 21:04:57
Görmə qüsurlu insanlar üçün planşet hazırlanır Azərbaycanlı bir qrup gənc görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Layihə görmə qüsurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır. Bu barədə Xəbərlər-ə layihənin rəhbəri startapçı Rəşid Əliyev bildirib. Rəşid Əliyev layihənin məqsədlərindən danışaraq  deyib ki, hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas istiqamətidir: "Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur.Planşetlərin asan istifadəsi və əlçatanlığı istənilən fərdi şəxsin də ondan rahatlıqla istifadəsinə səbəb olacaq.  Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə online kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və ...

İnformasiya Texnologiyaları İnstitutu ilə “TransTech Capital” fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

2015-03-10 22:01:23
İnformasiya Texnologiyaları İnstitutu ilə “TransTech Capital” fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu Mart ayının 10-da Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan ali məktəblərinin, tədqiqat müəssisələrinin elmi potensialının təhlili, onların nəzdində Texnoloji Transfer Mərkəzlərinin yaradılması, həmçinin innovativ layihələrin maliyələşdirilməsinə dəstəyi nəzərdə tutan görüş keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu da iştirak edirdi. S.Robeson texnologiyaya meyilli investisiya sahəsində əldə edilmiş təcrübənin Azərbaycanda da tətbiqinin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin zərurətini vurğuladı. Tədbirdə QUTechnopark-ın təşkilatçısı olduğu Yeni Fikir 2014 Müsabiqəsinin qalibi Rəşid Əliyev məruzə ilə çıxış edərək, iştirakçılara təsisçisi və icraçı direktoru olduğu “BethClip” layihəsi haqda danışdı. Rəşi...

Happy Farm Biznes İnkubatoru Qafqaz Universiteti Texnoparkında

2015-03-06 19:57:02
Happy Farm Biznes İnkubatoru Qafqaz Universiteti Texnoparkında  Mart ayının 16-da QUTechnopark və  ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri keçiriləcək. Qeyd edək ki, bu rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm heyətinin Bakıya ilk gəlişidir. Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə proqramını uğurla bitirmiş və rezidentlərinin inkişafı üçün yatırımlar etmişdir. Tədbirdə Happy Farm təsisçisi və baş direktoru Anna Degterevanın təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" nitqindən sonra startuplarınızı auditoriya və investorlara təqdim edə biləcəyiniz, qrupla çalışıb rəy və məsləhətlər almaq imkanınızın olacağı interaktiv iş saatı olacaqdır. Bundan əlavə, tədbir proqramında iştirakçı və qonaqların şəbəkələşməsi üçün də xüsusi saat ayrılmışdır. ...

Yeni Fikir 2015 yarım final mərhələsində 26 layihə yarışacaq

2015-03-04 10:54:07
Yeni Fikir 2015 yarım final mərhələsində 26 layihə yarışacaq Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsində (YFM) yarımfinala vəsiqə qazanmış layihələr bəlli olub. Xəbərlər-in məlumatına görə,  bu il  keçiriləcək yarımfinal mərhələsinə  252 müraciət daxil olub.  Bu müracətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib.    layihəsi isə Yeni Fikir Müsabiqəsinə müraciət etmiş 252 layihə arasında  ilk 26-cı olub və yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib. Qeyd edək ki, 26 Layihənin yarışacağı Yarımfinal Proqramı martın 29-da QUTechnopark-da keçiriləcək. İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir. YFM 2015-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iş...

YFM 2015 Yarım Final iştirakçıları məlum oldu

2015-03-03 20:27:48
YFM 2015 Yarım Final iştirakçıları məlum oldu Yeni Fikir 2015 Müsabiqəsi münsiflər heyətinin iclası QUTexnopark rezidenti ExpertTV ofisində həyata keçirildi. Nəticə etibarilə, 26 ən innovativ layihə növbəti mərhələyə keçmək imkanı qazandı. Qeyd edək ki, seçimlər əsnasında layihələr müxtəlif sahələrin mütəxəssisləri tərəfindən nəzərdən keçirildi. Yarım Final mərhələsinə keçən bütün qalibləri təbrik edir və uğurlar arzulayırıq.                                              YENİ FİKİR MÜSABİQƏSİ 2015. YARIM FİNAL TƏQDİMAT CƏDVƏLİ   Sıra Layihənin adı Layihə liderinin adı Təqdimat vaxtı 1.  Wearn  Musa  Abdullazadə 10:00 – 10:12 2.  Sahibi ilə birgə böyüyən velosiped  Bəxtiyar  Məmmədli 10:15 – 10:17 3.  Wind Up Bird  Nürəddin  Əliyev 10:30 – 10:42 4. ...

Yeni Fikir 2015 Müsabiqəsində yarımfinalçılar bəlli oldu

2015-03-03 12:44:42
Yeni Fikir 2015 Müsabiqəsində yarımfinalçılar bəlli oldu Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsində (YFM) yarımfinala vəsiqə qazanmış layihələr bəlli oldu.26 Layihənin yarışacağı Yarımfinal Proqramı 29 Mart 2015-ci il tarixində QUTechnopark-da keçiriləcək.YFM 2015-ə 252 müraciət daxil olmuşdur. Bu müracətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib. Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib.İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir. YFM 2015-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onun da təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəb...