News

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq

2015-01-09 15:25:26
İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq “Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) layihələrin onlayn qeydiyyatı davam edir. İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən müsabiqəyə layihələrin qeydiyyatı 25 yanvar 2015-ci il tarixinə kimi davam edəcək.Müsabiqə  “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır. Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədilə təşkil olunur. Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektron...

Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı

2014-12-26 09:19:25
Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı Qafqaz Universiteti Texnioparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq ilk toxum investisiyasını (10000 manat) əldə edən BethClip layihəsi bir ilə yaxın müddətdə uğurlarını inkişaf etdirərək böyük investisiyanı aldı.  Belə ki, BethClip özünün ikinci Toxum İnvestisiyasını rəsmi olaraq almış və Amerikanın Imperious Group investisiya şirkəti ilə uzun müddətli bir müqavilə imzalamışdır! Bu BethClip'in imkanlarını daha da artıracaq və sizlərə daha yaxşı xidmət göstərməsinə kömək edəcək!  BethClip nədir? BethClip ingilis dilindəki between və clipboard sözlərinin köklərinin (beth və clip) birləşməsi olmaqla müxtəlif platformalı cihazlar arasında buferdəki (clipboard) məlumatların digər cihaz və cihazlara bir kliklə və ani olaraq ötürmək üçün xidmət növlü proqram təminatıdır (SaaS). Lahiyyə 2013-cü ildə Əliyev Rəşid tərəfindən yaradılmış və bir çoxlarının qısa zamanda və az addım sayı ilə məlumatlarının digə...

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip”

2014-12-25 20:00:03
Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip” “BethClip” layihəsi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir. Layihənin rəhbəri Rəşid Əliyev Xeberler.az bildirib ki, layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür. Layihə “Startup Azərbaycan- 2014” , “Yeni Fikir” (2014) və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb.   ...

“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu.

2014-12-25 19:03:13
“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. 24-25 dekabr 2014-cü il tarixlərndə keçirilən “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. Sərgidə Yeni Fikir 2013 yarışmasının qalibi "Alternativ enerji" layihəsi sərgi izləyicilərinin marağına səbəb oldu. Sərgi AMEA-nın İnformasiya Resursları Mərkəzində təşkil edildi.  “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunur....

QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi

2014-12-22 09:34:02
QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      20 Dekabr 2014-cü il tarixində keçirilən seminar Əyyub Hüseynzadə tərəfindən "Mənim xəyalım, Mənim şirkətim" mövzusunda  təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Nədir bu Startup dedikləri Azərbaycanda və Dünyada Startuplar Şəxsi Biznesə sahib olma yolları Biznesdə Problemlər        Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təş...

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da

2014-12-18 11:21:09
Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da             Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi.             MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya texnolog...

QUTechnopark "Uğur karyeranı doğru təyin etməkdən başlar" seminarını keçirdi

2014-12-15 08:48:37
QUTechnopark "Uğur karyeranı doğru təyin etməkdən başlar" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      13 Dekabr 2014-cü il tarixində keçirilən seminar Fərdi İnkişaf & Test Mərkəzinin təsisçisi "Uğur karyeranı doğru təyin etməkdən başlar" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.        Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Özünü reallaşdırma İş seçimində edilən yanlışlıqlar və nəticələr Uğurmu və Xoşbəxtlikmi? Xəyal və Hədəf anlayışı Şəxslərarası Münasibətlər Çarəsizlik & Tənbəllik Uğursuzluq qorxusu & Idarə edilməsi        Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbü...

QUTechnopark “Bakutel” sərgisində

2014-12-11 12:11:57
QUTechnopark “Bakutel” sərgisində “Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.  Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir:“Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərg...

Hədəfimiz Azərbaycanda robot texnikası və süni intellekt sahələrindəki inkişafa töhfə verməkdir

2014-12-10 16:33:10
Hədəfimiz Azərbaycanda robot texnikası və süni intellekt sahələrindəki inkişafa töhfə verməkdir “Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.  Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir:“Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərg...

QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi

2014-12-01 01:21:12
QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      29 Noyabr 2014-cü il tarixində keçirilən seminar Türkiyədə və Azərbaycanda Duravit AG, Nurgun Holding, Caspian Express, Subaru Azerbaijan, Hyundai Azerbaijan, Avrora, Embawood, Çinici kimi firmalarada rəhbər vəzifələrdə işləmiş və bu firmalarda idarəetmə sistemlərini qurmuş, stratejik idarəetmə, Marketinq, Satış, İnsan Resursları idarəedilməsi mövzularında çoxsaylı təlim və seminarlar vermiş, təlimçi Fəxri Ağayevin təqdimatında "Firma rəhbəri və Zamanın İdarə Olunması" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: •Zamanın idarə olunmasının biznes üçün əhəmiyyəti •Firma Rəhbərinin şəxsi effektivliyi ...

Yeni Fikir 2015-ə start verildi

2014-11-12 12:11:09
Yeni Fikir 2015-ə start verildi Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir müsabiqəsinin bu dəfə 3-cü, Yeni Fikir 2015 müsabiqəsinə start verildi. Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.   Missiya İnnovativ sahibkarlığı dəstəkləmək. QUTechnopark-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq Ölkənin dayanıqlı sosial iqtisai inkişafına dəstək vermək, İ...

“Yeni Fikir 2015” Müsabiqəsinə qeydiyyat başlayıb

2014-11-11 11:11:04
“Yeni Fikir 2015” Müsabiqəsinə qeydiyyat başlayıb İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən “Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) qeydiyyat başlayıb. Gənclər arasında təşəbbüskarlığı, sahibkarlığı təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. Müsabiqə, həmçinin “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır.Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə v...

"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları

2014-11-05 17:37:06
"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları Avropanın ən böyük texnologiya tədbirlərindən olan Web Summit 2014 davam edir. Dünəndən etibarən 3 gün davam edəcək tədbirin açılış mərasimi bir sıra maraqlı məqamlarla yadda qalıb. Tədbirdə ilk çıxış edən Web Summit CEOi Paddy Cosgrave-in verdiyi məlumata görə, bu il də yüz ölkədən təxminən 23 min iştirakçı «Web Summit»ə qatılıb. Dünyanın dörd bir tərəfindən gələn media nümayəndələri isə Web Summit-i daha geniş ictimaiyyətə təqdim etməyə yardımçı olur.Web Summit 2014-ün gündəmində dayanan ilk mövzu isə virtual reallıq oldu. Hər il ənənəvi olaraq keçirilən Web Summit-də əsas məqsəd investorlarla dünyanın müxtəlif yerlərindən olan yeni innovativ ideyaları, layihələri və startupları görüşdürməkdir.Google Ventures, Maven Ventures, Sequoia Capita kimi sərmayəçilərin qatıldığı tədrbirdə Azərbaycandan da bir neçə startup iştirak edir. Bunlara misal olaraq, , ,  layihələrini qeyd etmək olar. Media qurumlarından isə ö...

QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi

2014-11-03 09:44:39
QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      1 Noyabr 2014-cü il tarixində keçirilən seminar Sahil İT direktoru, Azərbaycan Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası müəllimi, Veb-texnologiyalar üzrə ekspert, təlimçi Vahid Qasimov təqdimatında "İdeya-startup-layihə-biznes" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:  Real startup-ın tarixçəsi Pul əldə etməyin yolları?  Uğurlu ideya nədir? Start-up  Komanda necə təskil olunur? Layihədən biznesə      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təş...

“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi

2014-10-27 10:37:14
“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi Oktyabrın 25-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup İstanbul 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif suallarını “Startup İstanbul 2014” proqramının iştirakçıları tərəfindən cavablandırıldı. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup İstanbul 2014” 27-30 Sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmişdi....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq

2014-10-23 13:13:20
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq    Azərbaycandan Dublin WebSummit 2014-də təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Startup İstanbul 2014 və Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır....

QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi

2014-10-13 10:13:46
QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi  -ın həyata keçirdiyi  layihəsi əsasında növbəti seminar 11 Oktyabr 2014-cü il tarixində  2014 Müsabiqəsində birinci yeri əldə edərək 10 000 manat qazanmış  layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında Startup - ın Silikon Vadisinə gedən yolu seminarı təşkil olundu.    15 - 30 Senytabr tarixlərində Silikon Vadisində səfərdə olan Rəşid Əliyev öz təcrübəsini Startup-çılarla, Startup - la maraqlanan gənclərlə bölüşdü. Seminarın ikinci yarısında Startup İstanbul - BethClipin təcrübəsində Nigar Movsumlu tərəfindən seminar iştirakçılarının suallarına cavab verildi     Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: Silikon Vadisində Startup-lar Startup-lar Vadidəki investorların gözü ilə Haradan gəlib, hara gedirsən? İstifadəçilər (traction) Vadidə və digər yerlərdə böyümə Vadi investorlarına nə zaman və necə müraciət etməli? İnkubator və Akseleratorlar - bizdə və Vadidə Startup İstanb...

"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı

2014-10-10 10:10:49
"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı 9 noyabr 2014-cü il tarixində İpək Yolu SİDİB ilə QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. Bu memoranduma əsasən bundan sonra İpək Yolu SİDİB və QUTechnopark tələbələrin gələcəyin iş adamı kimi yetişmələrinə öz töhfələrini verəcək. Memoranduma əsasən, tələbələr İpək Yoluna üzv şirkətlərin iş prosesləri və istehsalatları ilə yaxından tanış olacaqlar. Bundan başqa tələbələr bu şirkətlərdə təcrübə keçmə, məzun olduqdan sonra isə orada işləmə şansı qazanacaqlar. Bundan əlavə müxtəlif mövzular ətrafında tələbələr ilə iş adamlarının görüşləri, dairəvi masa ətrafında müzakirələri təşkil olunacaq. Tələbələr həmçinin xarici ölkələrdən gəlmiş iş adamları, dövlət xadimləri ilə görüşmə şansı da qazanacaqlar. Əlavə olaraq, layihə müddətində tez-tez tələbələrin inkişafı üçün uyğun görülən mövzularla bağlı təlimlər, vorkşoplar təşkil olunacaq. ...

“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq

2014-10-02 11:46:32
“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq 11 oktyabr tarixində “Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq. Qafqaz Universitetində keçiriləcək seminar “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında reallaşacaq.Belə ki, 15-30 sentyabr tarixlərində “Silikon Vadisi”ndə səfərdə olan R.Əliyev öz təcrübəsini startapçı və startaplarla maraqlanan gənclərlə bölüşəcək. Seminarın mövzularına “Silikon Vadisində “Startup”-lar”, “Startup”-lar Vadidəki investorların gözü ilə”, “Haradan gəlib, hara gedirsən?”, “İstifadəçilər (traction)”, “Vadidə və digər yerlərdə böyümə”, “Vadi investorlarına nə zaman və necə müraciət etməli?”, “İnkubator və Akseleratorlar - bizdə və Vadidə” daxildir.“Startup İstanbul” – “BethClip”in təcrübəsində” mövzusunu isə Nigar Mövsümlü təqdim edəcək. Qeyd edək ki, “BethClip” layihəsi “QUTe...

QUTechnopark at Startup İstanbul

2014-10-02 02:12:50
QUTechnopark at Startup İstanbul Last week a team from QU Technopark has participated in Startup Istanbul Conference and got an amazing tour in almost new Turkish ecosystem. On 30th of September there has been the most crowded and leading startup conference in Eurasia which is known as Startup Istanbul. The conference is famous with its rich content of startup ideas coming from all over the world. Collecting the most successful startups, bringing them in front of highly-experienced juries to be judged and get trained to the final day was the main stream of the conference. In the first two days of 28th and 29th of September startups were given a chance to pitch in front of different juries that are experienced in their related fields for lots of years. During these two days a more important part of the day was huge amount of time taken for networking. As an observer, I myself would like to point out the importance of networking and mentorship from this amazing experience. The importance of networking is hidden in its being very knowledge, practice and experience oriented. Everyone was sharing his/her...