News

İnnovativ ideyalardan uğurlu biznesə uzanan yol

2014-03-13 12:32:42
İnnovativ ideyalardan uğurlu biznesə uzanan yol Yalnız Azərbaycanda deyil, bütün dünyada perspektivli layihələr təqdim edən “startup”lara dəstəк verilir Yalnız Azərbaycanda deyil, ümumilikdə bütün dünyada perspektivli layihələrin, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsi üçün ilk növbədə onlara dəstəyin göstərilməsi vacibdir. Layihələrin investorlara təqdim edilməsi, həmçinin investor axtarışına yardım edilməsinin özü də yeni başlayan “startup”ların ayağa qalxmasında kifayət qədər əhəmiyyət daşıyır. Cari ildə məhz belə bir platformanı yaradan “Startup Turkey - 2014”-də Azərbaycanın 7 “startup” layihəsi, o cümlədən “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” iştirak edib. Biznesin inkişafında dünyanın müasir maraqları və regional potensialları bir araya gətirən bu mühit bəs nə qədər məhsuldar və səmərəli oldu? “Çözüm yolları ge...

Girişimçilik, İnnovasiya və İş Modeli mövzusunda seminar keçirildi

2014-03-12 12:26:34
Girişimçilik, İnnovasiya və İş Modeli mövzusunda seminar keçirildi 10 Mart 2014 - QUTechnopark Yeni Fikir Müsabiqəsi iştirakçılarına dəstək məqsədi ilə Türkiyədən dəvət olunmuş məşhur seminarçı Dr. Ufuk Batumun təqdimatında "Girişimçilik, İnnovasiya və İş Modeli" mövzusunda seminar keçirildi. Seminar iştirakçıları sertifikatla təltif olundular....

Münsiflər Heyəti ilə görüş keçirildi

2014-03-12 12:12:46
Münsiflər Heyəti ilə görüş keçirildi 10 Mart 2014-cü il tarixində YFM 2014 yarımfinalçıları ilə münsiflər heyətinin konsultasiya xarakterli görüşü keçirildi. Görüşdə yarımfinala vəsiqə qazanmış layihələrin müəllifləri ilə münsiflər heyətinin üzvləri bir araya gəldilər. Əvvəlcə münsiflər heyətinin üzvləri yarımfinalçılara öz tövsiyələrini verdilər. Sonra isə yarımfinalçıları maraqlandıran suallara cavab verildi....

Qafqaz Universitetində “Startup Turkey” iştirakçıları ilə görüş keçirilib

2014-03-05 12:30:59
Qafqaz Universitetində “Startup Turkey” iştirakçıları ilə görüş keçirilib Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirilib. Publika.Az-ın verdiyi xəbərə görə, görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yaranıb, Paneldə müzakirələr aparılıb. Görüş maraqla qarşılanıb və iştirakçıların müxtəlif sualları ilə xeyli uzanıb. Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edilib.Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış olublar. Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi.  Publika.Az...

“Startup Turkey 2014”-ün iştirakçıları ilə görüş keçirildi

2014-03-04 16:17:38
“Startup Turkey 2014”-ün iştirakçıları ilə görüş keçirildi Martın 1-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı. Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edildi. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi....

“Yeni Fikir” müsabiqəsinin yarımfinalçıları bəlli olub

2014-03-03 18:08:27
“Yeni Fikir” müsabiqəsinin yarımfinalçıları bəlli olub Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “QUTexnopark” tərəfindən elan olunan “Yeni Fikir 2014” layihəsinin yarımfinalçılarının siyahısı açıqlanıb. İlkin mərhələdə qəbul edilmiş 169 layihədən, yarımfinala cəmi 24 layihə seçilib. Onlar “Antiviruslar.az”, “ASAN working”, “Asanxidmet.com”, “Bakı Parkinq Mobil Tətbiqi”, “BethClip”, “CyberMed”, “EnWo”, “GriG”, “Groupon”, “Locator”, “MedHouse”, “Octopus”, “OK (Ortaq Kabinet)”, “Prosper Cartoon Studio”, “Səslə idarəetmə prototipi”, “sorgu.az”, “Spark Studio”, “Şparqalka Fənlər”, “Tomi`s Aerial Vehicle”, “Tuning Fork”, “UP”, “www.Adim.co”, “Xercim.az” və “YolDaş” layihələridir. Yuxarıda qeyd edilən siyahı “Yeni Fikir” layihəsinin münsiflər heyəti tərəfindən seçilib v...

İnqilabçılara bax...

2014-02-21 16:57:47
İnqilabçılara bax... Deyəsən, bizim keçmiş redaktorun sözü qurtarıb. İndi də fikir inqilabından danışır. Fikirlə inqilab etmək olar? Anam danışardı ki, mənim nənəm ömrüboyu fikir eləyib: uşaqları necə geydirəcəm, onları necə doyduracam, məktəbə necə göndərəcəm? Axırı nə oldu? Nənəm fikir çəkməkdən ölüb. İndi bizim redaktor da Qafqaz universiteti Texnoparkının direktoru İsa Qasımovla baş-başa verib yazır ki, fikir eləyin. Mən dünya görmüş adamam, bunlar isə mənə təzədən əlifba öyrətmək istəyirlər. Siz öyrətməkdə olun, mən də öz bildiklərimi yazıb camaatı oyandıracam. Mənim xalqım məni yaxşı tanıyır, bilir ki, onların zərərinə bir kəlmə də demərəm. İndi görək onlar sizə inanacaq, yoxsa mənə? A balam, siz yüz fikrin bir borcu ödədiyini heç eşitmisiniz? Sizi bilmirəm, dədə-babalarımız eşitməyiblər. Mənim bildiyim həqiqət belədir: “gecə fikir, gündüz fikir, nə yurd salır, nə ev tikir”. İndi siz bizim ömründə bir yurd salmayan fikirə dalmağımızı niyə istəyirsiniz? Yurd salm...

Yeni Fikir Müsabiqəsində yarımfinala vəsiqə qazanmış layihələr fevralın 28-də elan olunacaq

2014-02-07 09:05:41
Yeni Fikir Müsabiqəsində yarımfinala vəsiqə qazanmış layihələr fevralın 28-də elan olunacaq "QUTechnopark"ın  (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi Yeni Fikir Müsabiqəsində (YFM) iştirak etmək üçün 228 müraciət qeydiyyatdan keçib. "QUTechnopark"ın müdiri İsa Qasımovun sözlərinə görə, müraciətlərin bəzilərində qeydiyyat üçün tələb olunan göstəricilər ən sadə formada belə yazılmayıb. Bu səbəbdən də onlar qiymətləndirilmə mərhələsinə keçməyib: "Hazırda Münsiflər Heyəti tərəfindən birinci mərhələdə layihələrin qiymətləndirilmə prosesi aparılır. Yarımfinala vəsiqə qazanmış layihələr haqqında məlumat 28 Fevral 2014-cü il tarixində elan olunacaq".  Qeyd edək ki, "Öz biznes ağacını yetişdir!" ismarışı ilə təşkil edilən Yeni Fikir Müsabiqəsi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni həyata keçirməklə texnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksə...

Cenevrə Universitetinin professoru QUTechnopark-la tanış oldu

2014-01-15 14:00:02
Cenevrə Universitetinin professoru QUTechnopark-la tanış oldu 15 Yanvar 2014 - AMEA prezidentinin müşaviri Rəhim Hüseynov Cenevrə Universitetinin professoru Doğan Güvənlə birgə QUTechnopark-ı ziyarət etdilər. Azərbaycana AMEA-nın dəvəti ilə gələn professor Güvən Doğan, burada texnoparkların inkişaf etdirilməsi ilə bağlı müşahidələr aparır. Güvən Doğan texnoparkların inkişaf etdirilməsi ilə bağlı Azərbaycanda müxtəlif görüşlər keçirir və müzakirələr aparır. Qafqaz Universitetində keçirilən görüşdə Universitetin rektoru prof.Ahmet Saniçlə birgə, QUTechnopark İdarə Heyətinin üzvləri də iştirak etdilər. Güvən Doğan innovasiyalar üzrə dünyada tanınmış mütəxəssislərdəndir....

Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi

2014-01-14 17:11:47
Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi Sahibkarlığın inkişafına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. Bu barədə universitetin mətbuat xidmətindən qəzetimizə məlumat verilib. QUtechnopark-ın bu dəfəki qonağı Türkiyədə fəaliyyət göstərən “ABC Danışmanlık və Təhsil Ltd.” şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin m&uu...

Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə İNNOVASİYA seminarları keçirild

2014-01-13 17:38:28
Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə İNNOVASİYA seminarları keçirild Sahibkarlığın inkişaflına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. QUtechnopark-ın bu dəfə ki, qonağı Türkiyədə fəaliyyət göstərən ABC Danışmanlık və Təhsil Ltd. şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 Yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-da AMEA proezidentinin müşaviri Rəhim Hüseynovla başlayan görüşlər, daha s...

AMEA-nın innovasiya sahəsində apardığı islahatlarla bağlı fikir mübadiləsi aparılıb

2014-01-13 16:52:45
AMEA-nın innovasiya sahəsində apardığı islahatlarla bağlı fikir mübadiləsi aparılıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “QUTexnopark” arasında innovasiya mövzusunda fikir mübadiləsi aparılıb.Müzakirələr AMEA prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynovla Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla keçirilən görüşdə baş tutub. AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanıb, bu sahədə fikir mübadiləsi aparılıb. Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulayıb və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildiriblər.  Qeyd edək ki, ötən həftə Bakıda “Qafqaz City Hotel&r...

AMEA və Qafqaz Universiteti bir araya gəldi

2014-01-13 16:37:29
AMEA və Qafqaz Universiteti bir araya gəldi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynov Rəyasət Heyətində  Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla görüşüb. AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA-nın Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanmış, bu sahədə fikir mübadiləsi aparılıb. Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulamış və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyi əminliklə bildiriblər. Qeyd edək ki, ötən həftə Bakıda Qafqaz City Hoteldə Y.Özözərin təqdimatında “İnnovasiya” adlı seminar keçirilib....

YFM iştirakçılarına İNNOVASİYA seminarı verildi

2014-01-13 13:34:14
YFM iştirakçılarına İNNOVASİYA seminarı verildi 10 Yanvar 2014. QUTechnopark-ın təşkilatçılığı ilə keçirilən Yeni Fikir Müsabiəsi iştirakçılarına türkiyədən dəvət olunmuş mütəxəssis Yekta Özözerin təqdimatında İNNOVASİYA seminarı verildi. Qeyd edək ki, Yekta Özözer sahibi olduğu ABC Danışmanlık və Təhsil Ltd. şirkəti olaraq Türkiyə və xaricində xeyli sayda böyük firmaya İnnovasiya, yaradıcı problem həll etmə, İdarəçilik və Motivasiya mövzularında dəstək verir....

Qafqaz Universiteti Yeni Fikir Müsabiqəsi elan edib

2014-01-10 15:55:57
Qafqaz Universiteti Yeni Fikir Müsabiqəsi elan edib Qafqaz Universiteti “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində Yeni Fikir Müsabiqəsi (YFM) elan edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu layihəni keçirməklə “QUTechnopark” ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atıb. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi ...

QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir

2014-01-10 15:00:29
QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir Qafqaz Universiteti Texnologiya Parkının (“QUTechnopark”) təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, “QUTechnopark” bu layihəni həyata keçirməklə ölkədə sahibkarlığın inkişafına dəstək verir. Eyni zamanda, gənclər arasında bu sahədə təşəbbüskarlığı təşviq edir. Yeni fikir müsabiqəsi təşəbbüskar gənclərlə iş dünyası arasında körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Yeni fikir müsabiqəsi “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.Layihənin missiyası “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq informasiya-kommunikasiya texnologiyalarının inkişafına, təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək verməkdir. Müsabiqənin məqsədi texnologiya sahəsində innova...

Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi

2013-12-27 09:56:59
Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi 26 Dekabr 2013 - Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi.Təqdimatın keçirilməsində kömək etdikləri üçün ADA rəhbərliyinə, həmçinin ADA Karyera Mərkəzinin müdiri İnarə xanım Bəşirovaya və onun komandasına təşəkkür edirik....

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir

2013-12-25 09:19:18
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov görüşdü. Görüşdə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark)  İdarə Heyətinin sədri Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri də  iştirak etdi. İKT-nin inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladılar. QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun nizamnaməsinə uyğun dəstəklərin ayrılması müzakirə edildi. ...

AzMİU-da YFM-nin təqdimatı keçirildi

2013-12-24 11:21:36
AzMİU-da YFM-nin təqdimatı keçirildi 23 Dekabr 2013 -  Azərbaycan Memarlıq və İnşaat Universitetində YFM-nin təqdimatı keçirildi. Təqdimatın keçirilməsində bizə köməklik edən AzMİU rəhbərliyinə, xüsusilə elm və texnika işləri üzrə prorektor prof. Arif Rza oğlu Şərifova, Beynəlxalq Əlaqələr üzrə Koordinator dosent  Könül Əliyevaya və universitetin tələbə təşkilatına təşəkkür edirik.     ...

Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı

2013-12-17 02:58:16
Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı 17 dekabr 2013 - Azərbaycan Texniki Universitetində YFM 2014 Layihəsinin təqdimatı keçirildi. YFM 2013 Layihəsində Azərbaycan Texniki Universitetinin tələbə və məzunları aktiv olmuşdular. Bu Layihədə daha da aktivlik gözləyirik. Təqdimatın keçirilməsində köməklik göstərdiklərinə görə AzTU-nun rəhbərliyinə və fəal tələbələrinə təşəkkür edirik....