Xəbərlər

QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi

2014-12-01 01:21:12
QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      29 Noyabr 2014-cü il tarixində keçirilən seminar Türkiyədə və Azərbaycanda Duravit AG, Nurgun Holding, Caspian Express, Subaru Azerbaijan, Hyundai Azerbaijan, Avrora, Embawood, Çinici kimi firmalarada rəhbər vəzifələrdə işləmiş və bu firmalarda idarəetmə sistemlərini qurmuş, stratejik idarəetmə, Marketinq, Satış, İnsan Resursları idarəedilməsi mövzularında çoxsaylı təlim və seminarlar vermiş, təlimçi Fəxri Ağayevin təqdimatında "Firma rəhbəri və Zamanın İdarə Olunması" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: •Zamanın idarə olunmasının biznes üçün əhəmiyyəti •Firma Rəhbərinin şəxsi effektivliyi ...

Yeni Fikir 2015-ə start verildi

2014-11-12 12:11:09
Yeni Fikir 2015-ə start verildi Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir müsabiqəsinin bu dəfə 3-cü, Yeni Fikir 2015 müsabiqəsinə start verildi. Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.   Missiya İnnovativ sahibkarlığı dəstəkləmək. QUTechnopark-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq Ölkənin dayanıqlı sosial iqtisai inkişafına dəstək vermək, İ...

“Yeni Fikir 2015” Müsabiqəsinə qeydiyyat başlayıb

2014-11-11 11:11:04
“Yeni Fikir 2015” Müsabiqəsinə qeydiyyat başlayıb İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən “Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) qeydiyyat başlayıb. Gənclər arasında təşəbbüskarlığı, sahibkarlığı təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. Müsabiqə, həmçinin “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır.Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə v...

"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları

2014-11-05 17:37:06
"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları Avropanın ən böyük texnologiya tədbirlərindən olan Web Summit 2014 davam edir. Dünəndən etibarən 3 gün davam edəcək tədbirin açılış mərasimi bir sıra maraqlı məqamlarla yadda qalıb. Tədbirdə ilk çıxış edən Web Summit CEOi Paddy Cosgrave-in verdiyi məlumata görə, bu il də yüz ölkədən təxminən 23 min iştirakçı «Web Summit»ə qatılıb. Dünyanın dörd bir tərəfindən gələn media nümayəndələri isə Web Summit-i daha geniş ictimaiyyətə təqdim etməyə yardımçı olur.Web Summit 2014-ün gündəmində dayanan ilk mövzu isə virtual reallıq oldu. Hər il ənənəvi olaraq keçirilən Web Summit-də əsas məqsəd investorlarla dünyanın müxtəlif yerlərindən olan yeni innovativ ideyaları, layihələri və startupları görüşdürməkdir.Google Ventures, Maven Ventures, Sequoia Capita kimi sərmayəçilərin qatıldığı tədrbirdə Azərbaycandan da bir neçə startup iştirak edir. Bunlara misal olaraq, , ,  layihələrini qeyd etmək olar. Media qurumlarından isə ö...

QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi

2014-11-03 09:44:39
QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      1 Noyabr 2014-cü il tarixində keçirilən seminar Sahil İT direktoru, Azərbaycan Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası müəllimi, Veb-texnologiyalar üzrə ekspert, təlimçi Vahid Qasimov təqdimatında "İdeya-startup-layihə-biznes" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:  Real startup-ın tarixçəsi Pul əldə etməyin yolları?  Uğurlu ideya nədir? Start-up  Komanda necə təskil olunur? Layihədən biznesə      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təş...

“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi

2014-10-27 10:37:14
“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi Oktyabrın 25-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup İstanbul 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif suallarını “Startup İstanbul 2014” proqramının iştirakçıları tərəfindən cavablandırıldı. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup İstanbul 2014” 27-30 Sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmişdi....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq

2014-10-23 13:13:20
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq    Azərbaycandan Dublin WebSummit 2014-də təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Startup İstanbul 2014 və Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır....

QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi

2014-10-13 10:13:46
QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi  -ın həyata keçirdiyi  layihəsi əsasında növbəti seminar 11 Oktyabr 2014-cü il tarixində  2014 Müsabiqəsində birinci yeri əldə edərək 10 000 manat qazanmış  layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında Startup - ın Silikon Vadisinə gedən yolu seminarı təşkil olundu.    15 - 30 Senytabr tarixlərində Silikon Vadisində səfərdə olan Rəşid Əliyev öz təcrübəsini Startup-çılarla, Startup - la maraqlanan gənclərlə bölüşdü. Seminarın ikinci yarısında Startup İstanbul - BethClipin təcrübəsində Nigar Movsumlu tərəfindən seminar iştirakçılarının suallarına cavab verildi     Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: Silikon Vadisində Startup-lar Startup-lar Vadidəki investorların gözü ilə Haradan gəlib, hara gedirsən? İstifadəçilər (traction) Vadidə və digər yerlərdə böyümə Vadi investorlarına nə zaman və necə müraciət etməli? İnkubator və Akseleratorlar - bizdə və Vadidə Startup İstanb...

"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı

2014-10-10 10:10:49
"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı 9 noyabr 2014-cü il tarixində İpək Yolu SİDİB ilə QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. Bu memoranduma əsasən bundan sonra İpək Yolu SİDİB və QUTechnopark tələbələrin gələcəyin iş adamı kimi yetişmələrinə öz töhfələrini verəcək. Memoranduma əsasən, tələbələr İpək Yoluna üzv şirkətlərin iş prosesləri və istehsalatları ilə yaxından tanış olacaqlar. Bundan başqa tələbələr bu şirkətlərdə təcrübə keçmə, məzun olduqdan sonra isə orada işləmə şansı qazanacaqlar. Bundan əlavə müxtəlif mövzular ətrafında tələbələr ilə iş adamlarının görüşləri, dairəvi masa ətrafında müzakirələri təşkil olunacaq. Tələbələr həmçinin xarici ölkələrdən gəlmiş iş adamları, dövlət xadimləri ilə görüşmə şansı da qazanacaqlar. Əlavə olaraq, layihə müddətində tez-tez tələbələrin inkişafı üçün uyğun görülən mövzularla bağlı təlimlər, vorkşoplar təşkil olunacaq. ...

“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq

2014-10-02 11:46:32
“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq 11 oktyabr tarixində “Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq. Qafqaz Universitetində keçiriləcək seminar “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında reallaşacaq.Belə ki, 15-30 sentyabr tarixlərində “Silikon Vadisi”ndə səfərdə olan R.Əliyev öz təcrübəsini startapçı və startaplarla maraqlanan gənclərlə bölüşəcək. Seminarın mövzularına “Silikon Vadisində “Startup”-lar”, “Startup”-lar Vadidəki investorların gözü ilə”, “Haradan gəlib, hara gedirsən?”, “İstifadəçilər (traction)”, “Vadidə və digər yerlərdə böyümə”, “Vadi investorlarına nə zaman və necə müraciət etməli?”, “İnkubator və Akseleratorlar - bizdə və Vadidə” daxildir.“Startup İstanbul” – “BethClip”in təcrübəsində” mövzusunu isə Nigar Mövsümlü təqdim edəcək. Qeyd edək ki, “BethClip” layihəsi “QUTe...

QUTechnopark Startup İstanbul-da

2014-10-02 02:12:50
QUTechnopark Startup İstanbul-da QUTechnopark 27-30 sentyabr tarixlərində İstanbulda keçirilən Startup İstanbul Konfransında təmsil olundu. Qeyd edək ki, beynəlxalq konfransa qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdı. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çox idi. eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaq idi.  Konfrans müddətində seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olundu. Microsoftun Türkiyədəki ofisində baş tutan proqram  29 sentyabrda Pitch mərhələ ilə davam etdi. Proqramın müşahidəçisi kimi, bu konfransın QUTechnopark  da daxil olmaqla iştirakçılara verdiyi ən böyük faydanı "networking" və "mentorship" hesab edirik....

BethClip Startup İstanbulda

2014-09-26 11:22:42
BethClip Startup İstanbulda Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur. Qeyd edək ki,  eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır.  Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur. Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və  29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək....

Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək

2014-09-23 11:11:14
Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək   Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət  universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, texnoparkın fəaliyyəti ilə tanış olu...

BethClip Silikon Vadisində

2014-09-22 15:25:01
BethClip Silikon Vadisində Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir. Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq!...

Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri

2014-09-04 15:30:01
Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri 01 Noyabr 2013-cü ildən start götürən Yeni Fikir 2014 Müsabiqəsi 17 may tarixində final mərhələsini keçirərək bu ilin qaliblərini elan etdi. Bundan sonra Yeni Fikir 2014 Müsabiqəsi haqqında 10 dəyərləndirmə kriteriyası üzrə 02.06.2014 - 04.07.2014 tarixlərini əhatə edən sorğu keçirildi. Sorğu sosial mediada paylaşılmaqla və iştirakçıların e-mail ünvanlarına göndərilməklə yayıldı . Bununla da toplam 1000 dən çox adama sorğu haqqında məlumat verildi və sorğuda 1 ay ərzində 91 nəfər iştirak etdi. Sorğunun nəticələrini sizə təqdim edirik:     Digər bəndini seçənlərin böyük əksəriyyəti final mərhələsinin izləyicisi, QU Technoparkın fəaliyyətlərində iştirak edən könüllü qrup, münsiflər heyətinin üzvü, müsabiqə haqqında yaxından maraqlananlar və s. dir.                   ...

Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri

2014-09-04 15:25:41
Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri 1 noyabr - 25 yanvar tarixlərini əhatə edən  layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi. Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ mə...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq

2014-09-03 11:12:14
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq      Azərbaycandan 3 startup-ın iştirak edəcəyi Startup İstasnbulda təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Digər startuplar isə Manads və Butarekdir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır. ...

Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı

2014-08-26 15:25:20
Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı İnsansız hava araçları (İHA’lar veya ) gün geçtikçe hayatımıza biraz daha fazla giriyor ve sıradışı bir İHA geliştirmeye çalışan Azeri mühendisler de bu alanda  ile kendilerine bir yer edinmek istiyor. Bayquş, uygulama destekli bir İHA ortaya çıkarmak için harekete geçen biri bilgisayar mühendisi, diğeri uçak mühendisi 2 kardeşin geliştirmeye başladığı bir araç. 1 yıl kadar önce farklı alanlarda (arama kurtarma kurulumları, yol ve inşaat şirketleri, ekim ve tarım alanı, haber, röportaj, sinemacılık vs.) kullanılabilecek bir İHA geliştirmek için kolları sıvayan kardeşler ilk prototipin ardından ekibi genişletmişler. Uzun uçuş süresiyle öne çıkıyor Pazardaki uçakların uçuş sürelerinin çok düşük olduğunu söyleyen , kendilerinin geliştirdiği gömülü yazılımla Bayquş’un 80 dakika havada kalabilen prototip olduğunu ifade ediyor. Manafo...

"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı

2014-08-25 12:02:44
"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində üçüncü yeri tutmuş Smart Plane layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə Bayquş adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur....

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

2014-08-19 13:20:15
Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək "Yeni Fikir -2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Lion Farm" proqramında final mərhələsinə yüksəlib.  "Lion Farm" – "Imperious Group" Vençur Fondu  və "Happy Farm" biznes sürətləndiriciləri tərəfindən keçirilən, "toxum"dan əvvəlki mərhələdə olan İT "startup"ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə "Silikon Vadisi"ndə təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazanır. Beləliklə, "Yeni Fikir-2014" müsabiqəsinin qalib komandası "BethClip" də 16 avqust tarixində Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək, dünyanın müxtəlif  yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşüb və 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış olub. Buna görə d...