Dəstək formaları

"Yeni Fikir VI" startap  müsabiqəsində iştirak edən təşəbbüskarların, o cümlədən seçiləcək ən perspektivli 5 startap layihəsinin əldə edəcəyi dəstək formaları:

 

1. Müsabiqədə iştirak edən bütün təşəbbüskarlara BP şirkətinin dəstəyi ilə mentorluq və təlim xidmətləri verilir. Təlim və mentorluq xidmətlərinin tarixi və yeri haqqında Müsabiqənin rəsmi veb səhifəsi  (yenifikir.az), həmçinin rəsmi "facebook" (www.facebook.com/yenifikir.az/) səhifəsindən mütəmadi şəkildə elan olunur. Bununla bağlı ilkin məlumatlar http://yenifikir.az/az/pages/Xronologiya-27.html elektron ünvanında yerləşdirilib.


2. Müsabiqə nəticəsində qalib gələn ən perspektivli 5 startap layihəsinin inkişafı aşağıda verilən resurslarla dəstəklənir:

2.1. 1-ci yeri qazanan startap layihəsi  8000 manat maliyyə dəstəyi qazanır. Maliyyə dəstəyi BP şirkətinin dəstəyi ilə təmin edilir. (Qazanılmış 8000 manat maliyyə dəstəyi 1-ci yeri qazanan startap layihəsinin inkişafına və şirkətləşməsinə xərclənir. Maliyyə dəstəyinin xərclənməsi Yeni Fikir MMC tərəfindən Layihə komandasının razılığı əsasında yerinə yetirilir.)

2.2. 2-ci yeri qazanan startap layihəsi 6000 manat maliyyə dəstəyi qazanır. . Maliyyə dəstəyi BP şirkətinin dəstəyi ilə təmin edilir. (Qazanılmış 6000 manat maliyyə dəstəyi 2-ci yeri qazanan startap layihəsinin inkişafına və şirkətləşməsinə xərclənir. Maliyyə dəstəyinin xərclənməsi Yeni Fikir MMC tərəfindən Layihə komandasının razılığı əsasında yerinə yetirilir.)

2.3. 5 startap layihəsinin inkişafı BP şirkətinin dəstəyi ilə , 6 aydan 1ilə qədər müddətdə, bəzi avadanlıqlarla ("notebook" , "smart board", "printer", "camera", "licensed software") təmin edilir.

2.4. 5 startap layihəsinin inkişafı üçün Bakı Mühəndislik Universiteti Texnoparkında, 6 aydan 1ilə qədər müddətdə, inkubasiya xidmətləri verilir.

2.5. 5 startap layihəsinin inkişafı üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində, 6 aydan 1ilə qədər müddətdə, inkubasiya və akselerasiya xidmətləri verilir.