"Sup.az"ın dəstəyi ilə biznesini qur
Dekabr ayının 18-də Sup.az-ın QU Texnoparkda təqdimatı oldu. Direktor, Sup akselerator Nail Vəliyevin təqdimatında keçən seminarda Sup.az iş prinsipi, üzvlük qaydaları barədə məlumat verildi. Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək, beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları müzakirə edildi. Auditoriyanın geniş marağına səbəb olan təlimin sonunda şirkətin həmtəsisçisi Məmməd Kərim startapların öz ideyalarını həyata keçirmək üçün əsas məsuliyyətlərini dilə gətirdi.
Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.