Skip to content Skip to sidebar Skip to footer

“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin finalı baş tutdu

24 iyul tarixində “İKT-də Qadınlar” layihəsi çərçivəsində keçirilən “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin final mərhələsi keçirilib. Finalda təqdim olunan 11 layihə qadınların texnologiya və sahibkarlıq sahəsindəki yüksək potensialını bir daha nümayiş etdirdi. Layihələrdə həm sosial məsuliyyət, həm də innovativ yanaşma diqqət çəkirdi.

Yeni Fikir şirkətinin Biznesin inkişafı və innovasiyalar üzrə direktoru Telman Mustafayev müsabiqədə münsiflər heyətinin üzvü qismində iştirak edib.

🎖 Müsabiqənin qalibləri:

🥇 Kəmalə Aşumova – “Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası” layihəsi

🥈 Sürəyya Əliyeva – “AqrofemTech” layihəsi

🥉 Ləman Xəlilzadə – “Carelink” layihəsi

Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Leave a comment

Cart0
Cart0
Cart0