Skip to content Skip to sidebar Skip to footer

My technology layihəsi Quba və Xaçmazda!

Mayın 11-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, müəllimləri və 10-11-ci sinif şagirdlərinin iştirakı ilə Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbdə və Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbdə Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən “My Technology” müsabiqəsi ilə bağlı infosessiya təşkil edilmişdir.

“My Technology” müsabiqəsi bilik iqtisadiyyatının tələb və gözləntilərinə uyğun olaraq sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq edən və dəstəkləyən missiya daşıyır. Layihə müəllim və şagirdlərin yerli təsərrüfat ixtisaslaşması və həyat tərzi, eləcə də qlobal miqyasda dünya görüşü potensiallarına əsaslanan innovativ təşəbbüslərini inkişaf etdirərək, onların innovasiya ekosisteminə qoşulmalarını təşviq edir.

“My Technology” müsabiqəsində iştirak etmək istəyən 10-11-ci sinif şagirdləri və onların müəllimləri 2024-cü ilin may ayına kimi tələb və meyarlara uyğun olaraq öz layihələri ilə qeydiyyatdan keçə bilərlər.

Leave a comment

Cart0
Cart0
Cart0