Skip to content Skip to sidebar Skip to footer

İlk “Yeni fikir” müsabiqəsinə yekun vuruldu

Qafqaz Universiteti texnoparkının keçirdiyi “Yeni fikir” müsabiqəsinə yekun vurulmuşdur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 25-də təşkil olunan tədbirdə universitetin rektoru, professor Əhməd Saniç müasir dünyada elmin, təhsilin mühüm rolundan danışmışdır. Rektor eyni zamanda, müsabiqənin əhəmiyyətini vurğulamışdır.

Qeyd edilmişdir ki, müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına maraq yaratmaqdan ibarət olmuşdur.

Müsabiqədə 30 yaşınadək tələbə və məzunlar iştirak etmişlər.

Qafqaz Universiteti texnoparkının müdiri İsa Qasımov müsabiqənin nəticələrini açıqlamışdır.

Qaliblərə sertifikatlar və diplomlar təqdim olunmuşdur.

Qəbul edilən 5 innovativ ideyanın sahibi olan qruplara Qafqaz Universiteti texnoparkının inkubasiya mərkəzində 1 il fəaliyyət göstərmək, ilk üç yeri tutan qrup üzvlərinə isə Türkiyənin müvafiq universitetinin texnoparkında 1 aylıq təcrübə keçmək imkanı yaradılmışdır.

Mənbə: AZƏRTAC

Leave a comment

Cart0
Cart0
Cart0