“Global StartupBlink” 2025-ci il üzrə “Startup Ecosystem Report hesabatına görə
100 ölkə arasında Azərbaycan 6 pillə irəliləyərək 74-cü yerə yüksəlib.
Bakı şəhəri isə reytinqdə 47 pillə irəliləyərək, Mərkəzi Asiyada ən dinamik inkişaf göstəricisini sərgiləyib.
Hesabata görə bu yüksəlişin başlanğıcı məhz 2013-cü ildə “Yeni Fikir” şirkətinin atdığı ilk addımlarla “Yeni Fikir” startap müsabiqəsi ilə qoyulub.
“Yeni Fikir” innovativ ideyaların reallaşmasına şərait yaradaraq, 40-dan çox startapın formalaşmasına və inkubasiya xidməti almasına dəstək göstərib.
StartupBlink tərəfindən hazırlanan bu beynəlxalq hesabatda “Yeni Fikir”in adı ekosistemin əsas və ilk inkişaf mərhələlərindən biri kimi xüsusi olaraq qeyd olunur. Azərbaycanın innovasiya ekosistemində bu irəliləyişin təməlini qoyan təşəbbüslərdən biri olmaqdan qürur duyuruq!

