Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP) çərçivəsində həyata keçirilən İnkubasiya1 mərhələsi uğurla başa çatdı.
Demoday tədbirində 7 startap komandası öz Minimum Viable Product (MVP) versiyalarını təqdim etdi. Startaplar münsiflər heyəti tərəfindən qiymətləndirildi və qaliblər müəyyənləşdirildi:
Qaliblər:
Green Guest – 15.000 AZN
Bioplastic – 9.000 AZN pul mükafatı verildi.
Verilən maliyyə dəstəkləri startapların inkişafı üçün istifadə olunacaq.
İnkubasiya1 proqramını uğurla başa vuran 7 komandanın üzvlərinə məzun olduqları üçün sertifikatlar təqdim olundu.
“Yeni Fikir” hər bir komandaya gələcək mərhələlərdə də dəstəyini davam etdirəcək.
Qeyd edək ki, ASSİP çərçivəsində 2024-cü ilin oktyabr ayında (35 nəfər BMU müəllimlərinin iştirakı ilə) Təlimçilərin hazırlığı (ToT1), 2025-ci ilin 15-16 fevral tarixlərində isə Hakaton1 təşkil edilmişdi.
Hakaton1-də təqdim olunan 22 startapdan 10-u İnkubasiya proqramına cəlb edilmişdir. Bu startaplardan 7-si MVP hazırlayaraq Demoday mərhələsinə yüksəldi:
Demoday iştirakçıları:
Green Guest (greenguest.az)
Brain Battle (brainsbattle.com)
Bioplastic (thebioplastic.com)
EcoZIB (ecozib.online)
Whatshop (whatshop.az)
Zermy (zermy.vercel.app)
EcoRadSo
Hər bir komandaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Növbəti mərhələyə hazırlıq:
Hazırda ToT2 və Hakaton2 tədbirlərinin təşkili ilə bağlı hazırlıq işləri davam edir.
ASSİP nədir?
ASSİP, akademik şəxslərin akademik sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə:
İnnovasiya ekosistemini gücləndirməyi,
Müəllim-mentorların hazırlanmasını,
Yeni startapların bazara çıxarılmasını hədəfləyir.
Layihə, Innovation and Digital Development Agency (İRİA) dəstəyi və Bakı Mühəndislik Universiteti-nin (o cümlədən BEU Technoparkının) tərəfdaşlığı ilə “Yeni Fikir” MMC tərəfindən həyata keçirilir.




