Skip to content Skip to sidebar Skip to footer

Akademik sahibkarlıq bacarıqlarının inkişaf etdirildiyi “TOT” təlimləri başa çatıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik
Universitetində (BMU) təşkil edilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı”
(ASSİP) layihəsi çərçivəsində “TOT” (Training of Trainers-təlimçi hazırlığı) təlimləri başa çatıb.


BMU-nun 30-dan çox müəlliminin iştirak etdiyi təlimçi hazırlığında Türkiyədən dəvət edilmiş peşəkar
təlimçilər Murat Özanlar və Ekrem Aydın, həmçinin yerli təlimçi İsa Qasımovun təqdimatında
innovasiya ekosisteminin tələblərinə uyğun iş aparıldı. Proses zamanı bilik iqtisadiyyatının tələbləri,
xüsusilə 3-cü nəsil universitetlərin məqsədləri və formalşadırdığı əlavə dəyər kontekstində təlim və
mentorluq xidmətləri təşkil edildi. Təlimlər zamanı innovasiya prosesində təhsil və tədiqqat
fəaliyyətlərinin rolu, texnologiyaların transferi və elmin kommersiyalaşdırılması işində metodoloji və
praktiki imkanlar, universitet-sənaye əməkdaşlığının müasir yolları, tədqiqat və inkişaf proseslərində
startap yanaşması, əqli mülkiyyət, inkubasiya xidmətləri, investisiya və şirkətləşmə kimi əhəmiyyətli
istiqamətlər qlobal və yerli nümunələrin müzakirəsi ilə öyrənildi.


“TOT” təlimlərini başa vuran iştirakçılar biliyin ölçülməsi məqsədilə tətbiq olunan imtahan
nəticələri, eləcə də qazanılan bilik və bacarıqlara əsasən təqdim etdikləri fəaliyyət planlarının
qiymətləndirilməsinə əsasən “mentor-müəllim” sertifikatına layiq görüləcəklər.


Xatırladaq ki, ASSİP akademik fəaliyyət ilə məşğul olan şəxslərin “akademik sahibkarlıq”
bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosistemi üçün müəllim-mentorların
hazırlanması, onların ekosistemə inteqrasiyasının təmin edilməsi və onların da iştirakı ilə bazara yeni
startapların qazandırılmasını təmin etmək məqsədlərini daşıyan layihədir. ASSİP çərçivəsində cari il və
növbəti il ərzində təlimçi hazırlığı “TOT” (Training of Trainers), hakaton və inkubasiya proqramlarının
keçirilməsi nəzərdə tutulub. Növbəti il keçiriləcək təlimçi hazırlığı “TOT” proqramında BMU ilə yanaşı,
digər universitetlərin də müəllimləri iştirak edə biləcək. Bu il keçirilməsi nəzərdə tutulan Hakaton üçün
qeydiyyat posesinə növbəti həftə başlanılması planlaşdırlıb.


ASSİP layihəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik
Universitetində (BMU) keçirilir. Layihə “BEU Technopark” və “Yeni Fikir” MMC tərəfindən icra edilir.

Leave a comment

Cart0
Cart0
Cart0