Skip to content Skip to sidebar Skip to footer

“Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” layihəsinin icrasına başlanılıb 

İnnnovasiya və Rəqəmsal İnkişaf Agentiyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) layihəsi icra olunmağa başlayıb. 

ASSİP akademik fəaliyyət ilə məşğul olan şəxslərin “akademik sahibkarlıq” bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosisteminə müəllim-mentorların hazırlanması, onların ekosistemə inteqrasiyasının təmin edilməsi və onların da iştirakı ilə bazara yeni startapların qazandırılmasını təmin etmək məqsədlərini daşıyan layihədir. Akademik sahibkar isə fəaliyyət göstərdiyi universitetin məlumat və resurslarını effektiv istifadə edərək yeni məhsul və ya xidmət, eləcə də innovativ texnologiyalar formalaşdıran şəxsdir.

Qeyd edək ki, ASSİP çərçivəsində cari il və növbəti il ərzində təlimçi hazırlığı-TOT, hakaton və inkubasiya proqramlarının keçirilməsi nəzərdə tutulub. Növbəti  il keçiriləcək təlimçi hazırlığı-TOT proqramında BMU ilə yanaşı digər universitetlərin də müəllimləri iştirak edə biləcək.

Hal-hazırda isə  Bakı Mühəndislik Universitetinin 30-dan çox müəlliminin iştirak etdiyi təlimçi hazırlığı – TOT proqramı icra edilir. Proqramda Türkiyədən dəvət edilmiş peşəkar mütəxəssislər və yerli peşəkarlar tərəfindən təlimlər təşkil edilir. 

“Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) layihəsi İnnnovasiya və Rəqəmsal İnkişaf Agentiyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) keçirilir. Layihə BEU Technopark və “Yeni Fikir” MMC tərəfindən icra edilir.

Leave a comment

Cart0
Cart0
Cart0