Skip to content Skip to sidebar Skip to footer

Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP) layihəsi çərçivəsində İnkubasiya proqramına start verildi

İnnnovasiya və Rəqəmsal İnkişaf Agentiyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) Yenifikir tərəfindən həyata keçirilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) layihəsi çərçivəsində İnkubasiya proqramına start verildi. Bu məqsədlə martın 8-də BEU Technoparkında İnkubasiya proqramının açılış tədbiri keçirilib.

Münsiflər heyətinin qiymətləndirməsinin yekunlarına görə 10 startap layihəsi ASSİP çərçivəsində təşkil edilən İnkubasiya proqramına qəbul edilib. Bundan əlavə BMU Texnopakının təşəbbüsü ilə əlavə 5 startap layihəsi də İnkubasiya proqramına qəbul edilib.

İnkubasiya proqramına ASSİP layihəsi çərçivəsində qəbul alan startap layihələrinin siyahısı aşağıdakı kimidir: 1.Bioplastik, 2.Green Guest, 3.BrainBattle, 4.PowerSun, 5.Mindix, 6.TrendSizOl, 7.WhatShop, 8.Digital School, 9.Zermy, 10.EcoZib

İnkubasiya proqramına BMU Texnopakının təşəbbüsü ilə qəbul alan startap layihələrinin siyahısı isə aşağıdakı kimidir: 1.Pay, 2.Bounty Bite, 3.kidX, 4.SmartProd, 5.EcoRadSo

Startap komandalarını təbrik edir, uğurlar azrulayırıq.

Qeyd edək ki, İnkubasiya proqramı 12 həftəlik (3 ay) nəzərdə tutulub. İnkubasiya proqramı müddətində startap layihələri BMU Texnopakında ümumi inkubasiya şəraiti ilə təmin olunmaqla yanaşı, təlim və mentorluq dəstəyi alacaqlar. Xüsusilə qeyd edirik ki, ASSİP çərçivəsində dəstəklənən startapların inkişafına, MVP-nin hazırlanması mərhələsində, zəruri olan avadanlıq və ya digər ehtiyacların təmin olunmasına maliyə dəstəyi də nəzərdə tutulub. İnkubasiya proqramının sonunda keçiriləcək DemoDay-ə vəsiqə qazanan startaplardan ən yaxşı 3-ü isə, 1-ci yer 15000 manat, 2-ci yer 12000 manat, 3-cü yer 9000 manat olmaqla, pul mükafatı qazanacaqlar.

Leave a comment

Cart0
Cart0
Cart0