Skip to content Skip to sidebar Skip to footer

Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP) çərçivəsində Hakaton keçirildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) təşkil edilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı”(ASSİP) layihəsi çərçivəsində hakaton keçirildi. BMU-nun tələbə və magistrlarının, eləcə də müəllimlərinin iştirak etdiyi Hakaton 15-16 fevral 2025-ci il tarixlərində BMU-nun Texnoparkında baş tutdu.

Hakatonda dünyanın və Azərbaycanın ən aktual istiqamətlərindən olan kibertəhlükəsizlik, yaşıl enerji həlləri, təhsildə rəqəmsallaşma,yaşıl maliyyə və davamlı investisiyalar sahəsində problemlərə yeni həll yolları tapılmağa çalışıldı. 2 gün davam edən Hakatonun sonunda 22 komanda öz startap layihəsini təqdim etdi.

Münsiflər heyəti tərəfindən seçilən və ən uğurlu hesab edilən layihələr mükafatlandırıldı. Belə ki, 1-ci yerə layiq görülən “Bioplastik” layihəsi 3000 manat, 2-ci yerə layiq görülən “Green Guest” layihəsi 2000 manat, 3-cü yerə layiq görülən “Brain Battle” layihəsi isə 1000 manat pul mükafatı qazandılar. Növbəti mərhələdə, ASSİP çərşçivəsində təşkil ediləcək inkubasiya proqramına isə 10 startap layihəsinin cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, keçən ilin oktyabr ayında ASSİP çərçivəsində, BMU-nun 30-dan çox müəlliminin iştirak etdiyi, innovasiya ekosistemində təlimçilərin hazırlığı (TOT) proqramı keçirilmişdi. Hansı ki, həmin TOT proqramının bəzi məzunlarının da iştirakı və mentorluğu ilə sözügedən bu hakaton baş tutdu.

Xatırladaq ki, ASSİP akademik fəaliyyət ilə məşğul olan şəxslərin akademik sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosistemi üçün müəllim-mentorların hazırlanması və onların da iştirakı ilə bazara yeni startapların qazandırılmasını təmin etmək məqsədlərini daşıyan layihədir. ASSİP İRİA-nın dəstəyi və BMU-nun (o cümlədən BMU Texnoparkın) tərəfdaşlığı ilə “Yeni Fikir” MMC tərəfindən icra edilir.

Leave a comment

Cart0
Cart0
Cart0