Skip to content Skip to sidebar Skip to footer

“Ağıllı Körpü” (Smart Bridge) layihəsi başa çatdı

İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Ofisinin maliyyə dəstəyi ilə keçirilən “Ağıllı Körpü” (Smart Bridge) layihəsi başa çatdı.

“Smart Bridge” layihəsinin məqsədi texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasına əsaslanaraq qurulan innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir. Bu məqsədlə həyata keçirilən təlim və mentorluq fəaliyətləri ilə Azərbaycanda innovasiya ekosisteminin inkişafı aspektində innovativ sahibkarlığının inkişafı, eləcə də elm-təhsil-biznes əməkdaşlığının formalaşdırılması prosesinə töhfə verməkdir.

Layihənin müəllifi və layihə rəhbəri İsa Qasımovdur. Layihə Yeni Fikirin təcrübəsi ilə həyata keçirilir.

“Smart Bridge” layihəsinin başa çatması ilə bağlı tədbir sentyabrın 27-də Bakı Biznes Mərkəzində keçirilmişdir. Tədbiri açıq elan edən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov Azərbaycanda innovasiya iqtisadiyyatının, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən islahatlardan, həmçinin islahatların əhatə dairəsi və uğurlu nəticələrindən bəhs etmişdir. Nazir müavini qeyd etmişdir ki, Möhtərəm Prezident İlham Əliyev Cənablarının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkənin dayanıqlı və kompleks inkişafını təmin edir.

Bu aspektə yerinə yetirilən bütün işlər Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi, həmçinin texnologiyanın transferi və kommersiyalaşdırılmasına əsaslan bilik əsaslı iqtisadiyatın formalaşmasına xidmət ediyini vurğulayan S. Məmmədov bu istiqamətdə iqtisadiyyat nazirliyinin, o cümlədən Sahibkarlığın İnkiaşfı Fondunun uğurla yerinə yetirdiyi işlərdən danımışdır. O, qeyd etmişdir ki, texnologiyanın transferi və kommersiyalaşdırlmasına əsaslanan innovativ sahibkarlığın inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda da ən aktual sahələrdən biridir. Təsadüfü deyildir, dünya iqtisadiyyatında geniş formada cərəyan edən, həmçinin investisiyanın cəlb olunması baxımından getdikcə daha da aktuallaşan innovativ sahibkarlığın əhəmiyyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindəndir.

Nazir müavini əməkdaşlığa və göstərilən dəstəyə görə, Koreya Respublikasına, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür etmişdir. O, iki dövlət arasında bir çox sahələrdə yaxın tərəfdaşlıq münasibətlərinin qurulması məqsədilə mövcud imkanlardan səmərəli şəkildə istifadə edilməsi, işgüzar dairələr arasında əlaqələrin təşviq edilməsi yolu ilə potensial imkanların inkişaf etdirilməsi, eləcə də qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətindən danışmışdır.

Daha sonra çıxış edən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycan Ofisinin Ölkə direktoru xanım Park Kumok Azərbaycandakı fəaliyyətlərindən məmnunluğunu qeyd etmiş və birgə layihələrin həyata keçirilməsinin üstünlüklərindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanda innovasiya iqtisadiyyatının qurulması prosesi Koreya Respublikasının xüsusi marağına səbəb olmuşdur. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirən xanım Park Kumok “Ağıllı Körpü” layihəsinin iştirakçılarına innovativ biznes təşəbbüskarlığı istiqamətində uğurlar arzulamışdır.

“Ağıllı Körpü” layihəsi haqqında, həmçinin layihə çərçivəsində keçirilən təlimlərin iştirakçılarının çıxışlarından sonra ümumi müzakirələr aparılmış, layihənin gələcəkdə inkişaf etdirilməsi haqqında təklif və tövsiyələr verilmişdir.

Müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının, universitetlərin, həmçinin biznes nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda “Ağıllı Körpü” layihəsi çərçivəsində keçirilən təlimlərin iştirakçılrına sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, “Ağıllı Körpü” layihəsi əsasında, 2019-cu ilin 30 avqust-14 sentyabr tarixlərində keçirilmiş təlimlərdə 60-dan çox iştirakçı, o cümlədən 20-yə yaxın universitet, dövlət və biznesin müxtəlif sahələrindən nümayəndələr iştirak etmişdir. Məruzəçiləri aidiyyəti istiqamətlər üzrə uğur qazanmış peşəkarlar olan təlimlərin mövzuları aşağıdakı sahələri əhatə etmişdir:

1. Elmi araşdırma nədir və necə aparılır? Tədqiqat metodları; Elmi nəticələrin tətbiqi yolları; Tədqiqat resursları və onlara çıxış yolları; Elmi tədqiqat bazalarından effektiv istifadə yolları.

2. Texnoloji transfer prosesi və ona təsir edən amillər; Elmin kommersiyalaşdırlması siyasəti; İnnovasiya prosesi və elm-təhsil-biznes üçbucağı; “INC” (Idea, Need, Capability) modeli; Universitet-sənaye əməkdaşlığı və onun qurulması; İnnovasiya ekosistemi; Startap fəaliyyəti və biznes inkubatorlar; Texnosahibkarlıq və onun inkişafı; İntellektual kapital və onun inkişafı.

3. Əqli mülkiyyət; Patent və patentləşdirmə prosesi; Yerli və beynəlxalq patentlərin alınması yolları.

4. İşin layihələndirilməsi; Biznes model və onun qurulması.

Aparılan müşahidələr, eləcə də təlimlərin sonunda keçirilən anket sorğularının nəticələrindən də aydın olur ki, biznes və elm-təhsil müəssislərindən gələn nümayəndələrin birgə iştirakı ilə keçirilən tədbirlər “Smart Bridge” layihəsi əsasında hədəflənmiş məqamları özündə əks etdirə bilmişdir. Belə ki, layihənin iştirakçıları texnologiyanın transferi və elmin kommersiyalaşdırılması yolu ilə yeni biznes layihələrinin ərsəyə gətirilməsinə zəmin verən bilik və bacarıqlara yiyələnməklə yanaşı, effektiv layihə komandasının qurulması üçün işgüzar münasibətlər də formalaşdıra bilmişlər. Təlimlər zamanı iştirakçılar mövcud resursların daha effektiv istifadəsi məsələlərini müzakirə etməklə yanaşı, yeni biznes təşəbbüsləri ilə də çıxış etmişlər.

Gələcəkdə bu cür layiəhələrin müxtəlif təhsil və biznes təşkilatlarında da keçirilməsi istisna edilmir.

Leave a comment

Cart0
Cart0
Cart0