📅 #Demoday2 tədbiri çərçivəsində 7 startap komandası öz Minimum Viable Product (MVP) versiyalarını təqdim edib. Startaplar münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
🏆 Qaliblər:
🥇 Hogga – 15.000 AZN
🥈 EnergyX – 12.000 AZN
🥉 MynEra və CoThink – hər birinə 4.500 AZN olmaqla ümumilikdə 9.000 AZN
💰 Təqdim olunan maliyyə dəstəyi startapların məhsul və biznes inkişafına yönəldiləcək.
🎓 #İnkubasiya2 proqramını uğurla başa vuran 7 komandanın üzvlərinə məzun olduqlarına dair sertifikatlar təqdim olunub.
🤝 “Yeni Fikir” MMC” startap komandalarına növbəti inkişaf mərhələlərində də mentorluq və dəstəyini davam etdirəcək.
📌 Qeyd edək ki, ASSİP çərçivəsində:
2025-ci ilin oktyabr ayında 12 müxtəlif ali təhsil müəssisəsini təmsil edən müəllimlərin iştirakı ilə Təlimçilərin Hazırlığı (#ToT2) proqramı,
2025-ci ilin 13–14 sentyabr tarixlərində** isə #Hakaton2 tədbiri təşkil olunub.
🔍 Hakaton 2 mərhələsində təqdim olunan 19 startap ideyasından 10-u inkubasiya proqramına seçilib. Bu startaplardan 7-si MVP mərhələsinə yüksələrək **Demoday**-də iştirak hüququ qazanıb.
🚀 Demoday2 iştirakçıları:
* Hogga
* EnergyX
* MynEra
* CoThink
* BridgeSpero
* AGROSnG
* Food2
🤝 Layihə Innovation and Digital Development Agency (İRİA)-nın dəstəyi ilə Yeni Fikir MMC tərəfindən həyata keçirilib.
#Yenifikir #IRIA #IDDA #ASSİP #AkademikSahibkarlıq #Innovasiya #Inkubasiya2 #Demoday2














