Akademik Sahibkarlıq Əsaslı Startap və İnkubasiya Proqramı çərçivəsində qalib komandalar arasında yer alan “The Bioplastic” layihəsi daha bir mühüm nailiyyət əldə edib. Layihə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən Startup School 3 proqramında 30-dan çox komanda arasında 3-cü yerə layiq görülərək qaliblər sırasına daxil olub və xüsusi diqqət qazanıb.
Akademik Sahibkarlıq Əsaslı Startap və İnkubasiya Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Yeni Fikir” tərəfindən həyata keçirilir.


