Skip to content Skip to sidebar Skip to footer

ASSİP TOT2 bağlanış tədbiri keçirildi!

🎓Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP)) – “TOT 2” təlimlərinin bağlanış mərasimi keçirildi!

1 noyabr tarixində Azərbaycan İnnovasiya Mərkəzində “Training of Trainers” (Təlimçi hazırlığı) mərhələsinin bağlanış tədbiri baş tutdu. Təlimlər Innovation and Digital Development Agency (İRİA) dəstəyi ilə Yeni Fikir tərəfindən həyata keçirilmişdir.

🤝 Bu mərhələdə 12 müxtəlif ali təhsil müəssisəsini təmsil edən müəllim və tədqiqatçılar iştirak edərək akademik sahibkarlıq, startap inkubasiyası və mentorluq bacarıqlarını inkişaf etdirdilər.

🎯 Təlimlər Türkiyədən Eyüp Serdar Gökpınar və Murat Özanlar, eləcə də Azərbaycandan İsa Qasımov tərəfindən aparılmışdır.

🏆 Yekun dəyərləndirmə və imtahanlar nəticəsində 2 iştirakçı qalib elan edilərək hər biri 1000 AZN məbləğində mükafatla təltif olundu.

Bu təşəbbüs universitetlərdə təlim və mentorluq keyfiyyətinin yüksəldilməsinə, tələbə startaplarının inkişafına və yerli təlimçi potensialının gücləndirilməsinə mühüm töhfə verir.

#ASSİP#TOT2#YeniFikir#IRIA#IDDA#AkademikSahibkarlıq#İnnovasiya

Leave a comment

Cart0
Cart0
Cart0