Skip to content Skip to sidebar Skip to footer

ASSİP çərçivəsində keçirilən “TOT 2” təlimləri uğurla başa çatdı!

🎓Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı çərçivəsində keçirilən “TOT 2” (Training of Trainers – Təlimçi hazırlığı) təlimləri uğurla başa çatdı!

🤝 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə #AzərbaycanTibbUniversitetində təşkil edilən bu mərhələdə 12 müxtəlif ali təhsil müəssisəsindən müəllim və tədqiqatçılar iştirak etdilər.

💡 Təlimlər zamanı iştirakçılar aşağıdakı sahələrdə dərin biliklər əldə etdilər:

• Akademik sahibkarlığın əsasları

• İnnovasiya ekosistemi və R&D yanaşmaları

• Universitet–sənaye əməkdaşlığının yeni modelləri

• Elmin kommersiyalaşdırılması və texnologiya transferi

• Startap yanaşması və məhsul idarəçiliyi

• Bazar araşdırması və mövqeləndirmə strategiyaları

• Sahibkarlıq davranışları və komanda formalaşdırılması

• İnvestisiya mühiti və beynəlxalq maliyyə mənbələri

• Uğurlu sahibkarlığın qlobal meyarları

👨‍🏫 Təlimlər Türkiyədən Eyüp Serdar Gökpınar və Murat Özanlar, eləcə də Azərbaycandan Isa Qasimov tərəfindən aparıldı.

🌐 ASSİP layihəsi Innovation and Digital Development Agencyİ(İRİA) dəstəyi ilə Yeni Fikir MMC tərəfindən həyata keçirilir.

#AzərbaycanMemarlıqvəİnşaatUniversiteti

#AzərbaycanİdmanAkademiyası

#QarabağUniversiteti

#SumqayıtDövlətUniversiteti

#AzərbaycanDövlətİqtisadUniversiteti

#MilliAviasiyaAkademiyası

#BakıBiznesUniversiteti

#AzərbaycanTexnikiUniversiteti

#BakıAvrasiyaUniversiteti

#AzərbaycanDillərUniversiteti

#QərbiKaspiUniversiteti

#MingəçevirDövlətUniversiteti

Leave a comment

Cart0
Cart0
Cart0