🎓 Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP)) çərçivəsində “TOT 2” (Training of Trainers – Təlimçi hazırlığı) təlimləri başladı!
👨🏫12 müxtəlif ali təhsil müəssisəsindən müəllim və tədqiqatçılar bu mərhələdə iştirak edirlər.
💡 Təlimlər iştirakçılara təlim və mentorluq proseslərində tətbiq oluna biləcək praktiki yanaşmalar, həmçinin universitet-sənaye əməkdaşlığının yeni modelləri, elmin kommersiyalaşdırılması barədə dərin bilik və təcrübə qazandırmağı hədəfləyir.
Layihə Innovation and Digital Development Agency (İRİA) dəstəyi ilə Yeni Fikir tərəfindən icra edilir. Bu dəfəki “TOT 2” (Training of Trainers – Təlimçi hazırlığı) təlimləri Azərbaycan Tibb Universitetində keçirilir.
Təlimçilər – Türkiyədən Eyüp Serdar Gökpınar, Murat Özanlar və Azərbaycandan Isa Qasimovdur.
#ASSİP #TOT2 #YeniFikir #IRIA #IDDA


