Skip to content Skip to sidebar Skip to footer

ASSİP çərçivəsində İnkubasiya2 proqramına start verildi!

📍Azərbaycan İnnovasiya Mərkəzində Innovation and Digital Development Agency (İRİA) dəstəyi ilə Yeni Fikir tərəfindən həyata keçirilən ASSİP layihəsi çərçivəsində İnkubasiya2 proqramının açılış tədbiri baş tutdu. İnkubasiya2 proqramında BMU-nun tələbə və müəllimlərinin irəli sürdüyü startaplar iştirak edir.

İnkubasiya2 proqramına qəbul alan startap layihələrinin siyahısı aşağıdakı kimidir:

1. Hogga, 2. AQROSnG, 3. MynEra, 4. HackTrain, 5. Eve, 6. Greenight, 7. NeuroPayX, 8. BridgeSpero 9. CoThink 10. EnerjiX

🎉 Startap komandalarını təbrik edir, uğurlar arzulayırıq!

📅 Qeyd edək ki, İnkubasiya2 proqramı 12 həftəlik (3 ay) nəzərdə tutulub. İnkubasiya proqramı müddətində startap layihələri ümumi inkubasiya şəraiti ilə təmin olunmaqla yanaşı, təlim və mentorluq dəstəyi alacaqlar. Xüsusilə qeyd edirik ki, ASSİP çərçivəsində dəstəklənən startapların inkişafına, MVP-nin hazırlanması mərhələsində, zəruri olan avadanlıq və ya digər ehtiyacların təmin olunmasına maliyə dəstəyi də nəzərdə tutulub.

✨ İnkubasiya2 proqramının sonunda keçiriləcək DemoDay-ə vəsiqə qazanan startaplardan ən yaxşı 3-ü isə

🥇 1-ci yer – 15,000 AZN

🥈 2-ci yer – 12,000 AZN

🥉 3-cü yer – 9,000 AZN olmaqla, pul mükafatı qazanacaqlar.

#ASSİP#Yenifikir#İRİA#IDDA#İnkubasiya2

Leave a comment

0.0/5

Cart0
Cart0
Cart0