Skip to content Skip to sidebar Skip to footer

ASSİP çərçivəsində Hakaton2 keçirildi

📌 13-14 sentyabr 2025-ci il tarixlərində Innovation and Digital Development Agency (İRİA) dəstəyi ilə Yeni Fikir tərəfindən həyata keçirilən Akademik Sahibkarlıq Əsaslı Startap və İnkubasiya Proqramı (ASSİP) çərçivəsində növbəti hakaton baş tutdu.

👩‍🎓 Bakı Mühəndislik Universitetinin (BMU) tələbə və magistrantları, həmçininmüəllimlərinin iştirakı ilə keçirilən tədbirdə dünyanın və Azərbaycanın ən aktual istiqamətləri üzrə problemlərə innovativ həllər axtarıldı:

🛡️ Kibertəhlükəsizlik

🌱 Yaşıl enerji həlləri

💻 Təhsildə rəqəmsallaşma

💸 Yaşıl maliyyə və davamlı investisiyalar

🏆 Qaliblər

2 gün davam edən hakatonun sonunda 19 komanda öz startap layihələrini təqdim etdi. Münsiflər heyəti tərəfindən seçilən qaliblər mükafatlandırıldı:

🥇 1-ci yer – nc4DMW layihəsi – 3000 AZN

🥈 2-ci yer – AgriSat layihəsi – 2000 AZN

🥉 3-cü yer – Mynera layihəsi – 1000 AZN

🔜 Növbəti mərhələdə 10 startap layihəsi ASSİP çərçivəsində keçiriləcək inkubasiya proqramına cəlb edilməsi nəzərdə tutulub. İnkubasiya2 proqramının nəticələrinə görə ən perspektivli 3 komanda müvafiq olaraq 15000, 12000, 9000 manat pul mükafatları ilə dəstəklənəcəklər.

📚 Əvvəlki mərhələlər

📅 Qeyd edək ki, keçən ilin oktyabr ayında ASSİP çərçivəsində, BMU-nun 30-dan çox müəlliminin iştirak etdiyi, innovasiya ekosistemində təlimçilərin hazırlığı (TOT) proqramı keçirilmişdi. Hansı ki, həmin TOT proqramının bəzi məzunlarının da iştirakı və mentorluğu ilə 2025-ci ilin 15-16 fevral tarixlərində hakaton1 keçirilmişdi. Həmin Hakatondan məzun olan 10 satartapın inkişafı isə İnkubasiya1 proqramında dəstəklənmişdi.

ℹ️ Layihə haqqında

ASSİP – akademik fəaliyyətlə məşğul olan şəxslərin sahibkarlıq bacarıqlarının inkişafı, innovasiya ekosistemi üçün müəllim-mentorların hazırlanması və onların dəstəyi ilə bazara yeni startapların qazandırılması məqsədlərini daşıyır.

ASSİP İRİA-nın dəstəyi, BMU və BMU Texnoparkın tərəfdaşlığı ilə “Yeni Fikir” MMC tərəfindən icra olunur.

#ASSİP#YeniFikir#İRİA#Hakaton

Leave a comment

Cart0
Cart0
Cart0