Yeni Fikir komandası innovasiya sahəsində növbəti uğurunu qeyd edir!
Yeni Fikirin təsisçisi İsa Qasımov, Certified Chief Innovation Officer (CCInO®),
Biznesin İnkişafı və İnnovasiyalar üzrə direktoru Telman Mustafayev isə Certified Innovation Associate (CInA®) sertifikatına layiq görülüb.
Bu nüfuzlu beynəlxalq sertifikatlar, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Code Academy tərəfindən həyata keçirilən “İnnovasiya ekosistemi oyunçularının fərdi və şirkət halında sertifikatlaşdırılması” layihəsi çərçivəsində təqdim olunub.
Certified Chief Innovation Officer (CCInO®) və Certified Innovation Associate (CInA®) sertifikatları, innovasiya sahəsində dünyanın aparıcı təşkilatlarından biri olan Global Innovation Institute (GInI) tərəfindən verilir. GInI innovasiya üzrə beynəlxalq sertifikatlaşdırma, akkreditasiya və üzvlük sahəsində ixtisaslaşmış qabaqcıl bir qurumdur.
💡 Bu uğur Yeni Fikir komandası üzvlərinin qlobal innovasiya standartlarına uyğun peşəkarlığını və sahəyə verdikləri töhfələri bir daha nümayiş etdirir.

