Yeni Fikir MMC olaraq, beynəlxalq əməkdaşlığımızı genişləndirmək istiqamətində növbəti önəmli addımımızı atdıq!
Koreyanın innovasiya sahəsində tanınmış şirkəti DeltaTech-Korea Ltd ilə qarşılıqlı anlaşma memorandumu (MOU) imzaladıq. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan və Koreya arasında innovasiya, startap inkişafı və texnologiya transferi sahələrində birgə fəaliyyətlər həyata keçirəcəyik.
Startapların qlobal miqyasda inkişafını dəstəkləyəcək birgə inkubasiya və akselerasiya proqramlarının həyata keçirilməsi
Yeni texnologiyaların yerli bazara inteqrasiyası üçün pilot layihələrin hazırlanması və tətbiqi
Hədəf bazarların təhlili, uyğunluq qiymətləndirməsi və effektiv bazara çıxış strategiyalarının hazırlanması
Potensial tərəfdaşların müəyyənləşdirilməsi, investisiya imkanlarının araşdırılması
Bu əməkdaşlıq həm Azərbaycan, həm də Koreya startapları üçün yeni imkanlar açacaq və beynəlxalq innovasiya körpüsünün qurulmasına töhfə verəcəkdir.
