Biznesin inkişafı və texnoloji innovasiyaların təşviqi sahəsində daha bir önəmli addım atıldı!
 Yeni Fikir MMC və ICT Bulut Bilişim MMC (“Bulutistan”) arasında Əməkdaşlıq müqaviləsi imzalandı. Bu əməkdaşlıq sayəsində:
Startaplara bulud texnologiyaları və texniki dəstək sahəsində üstün imkanlar təqdim olunacaq.
 Birgə layihələr və texnoloji əməkdaşlıq sayəsində innovativ məhsul və xidmətlər inkişaf etdiriləcək.
 Yeni Fikir MMC – Bulutistan xidmətlərinin tanıdılmasında öncül tərəfdaş olacaq.
 Startaplar üçün xüsusi şərtlərlə dəstək və güzəştlər təqdim ediləcək!
 Bu əməkdaşlıq, ölkəmizdə startap ekosisteminin inkişafına və rəqəmsal transformasiyaya töhfə verməyi hədəfləyir.

