Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilən “Smart Bridge” (Ağıllı Körpü) layihəsi əsasında təlimlərə başlanılıb.
“Smart Bridge” layihəsi İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı, Yeni Fikirin təcrübəsi ilə keçirilir. Layihənin müəllifi və rəhbəri İsa Qasımovdur.
Layihəsinin məqsədi müasir texnologiyanın tətbiqinə və elmin kommersiyalaşdırılmasına əsaslanmaqla innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir.
Təlimlər Xətai Alıyevin təqdimatı ilə davam edib.