Skip to content Skip to footer

İnnovasiya və sahibkarlıq: Startap ekosistemi

$0.00

Kitab İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Mühəndislik Universiteti (BMU) və ABŞ-nin Nevada Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdır.

Category: Product ID: 23427

Description

“İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı BMU-nun Tədris Metodiki Şurasının müvafiq protokolu ilə 01.11.2023-cü ildə dərs vəsaiti kimi təsdiq edilib.

Kitab təcrübəli mütəxəssis və sahibkarların cəlb olunması ilə Azərbaycanda sahibkarlıq, innovasiya və startaplar haqqında ana dilində ədəbiyyatın az olması nəzərə alınaraq, bu sahənin inkişafına dəstək olmaq məqsədilə yazılıb. 8 fəsildən ibarət olan dərs vəsaitində innovasiyaların yaranması tarixindən və müasir vəziyyətindən bəhs olunub, innovasiya siyasətinin gücləndirilməsi və kommersiyalaşdırılması yolları haqqında məlumat verilib. Burada rəqəmsal platformalarda layihələrin idarə edilməsində şəbəkə modellərindən istifadə qaydaları və innovasiya fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi vasitələri göstərilib.

“İnnovatika”nın ayrıca bir elm sahəsi kimi yer aldığı kitabda iqtisadi tərəqqidə startapların rolu və inkişaf perspektivləri izah edilib, startapların texnoloji inkişafı təmin etməsi imkanları araşdırılıb.

Bundan başqa, kitabda qloballaşma, iqtisadi artım, rəqabətqabiliyyətliliyin təmin olunması, eləcə də ümumi inkişafda innovasiya və startapların rolu ilə bağlı xarici ölkə modelləri arasında müqayisələr aparılıb, həmçinin Azərbaycanda startap ekosisteminin formalaşmasının institusional məsələləri, mövcud vəziyyəti və perspektivləri təhlil olunub.

Additional information

Layihə rəhbəri

Mətanət Rəsulova

Editor

Prof. Dr. Vüsal Qasımlı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dovlət İdarəçilik Akademiyasının professoru

Müəllif

MEHMET TOSUN, ELÇİN SÜLEYMANOV, MƏTANƏT MUSAYEVA, İSA QASIMOV, MƏTANƏT RƏSULOVA, URXAN SEYİDOV, FƏRİD İSMAYILZADƏ

Reviews

There are no reviews yet.

Be the first to review “İnnovasiya və sahibkarlıq: Startap ekosistemi”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cart0
Cart0
Cart0