Skip to content Skip to footer

İnnovasiya sahibkarlığı və texnoparklar

$0.00

Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımovun və Fərid Cəbiyevin həmmüəllifi olduqları “İnnovasiya sahibkarlığı və texnoparklar” kitabında verilən materiallar innovasiya sahibkarlığının və texnoparkların inkişafı ilə bağlı dünya təcrübəsinin öyrənilməsi, innovasiya sahibkarlığında əsas dinamikası hesab olunan təşəbbüskarlığın mahiyyətinin mənimsənilməsində xüsusi rol oynayacaq.

Category: Product ID: 23417

Description

İnnovasiya yönümlü iqtisadiyyat indiki dövrdə ən dinamik və ən yüksək gəlirli istiqamətlərdən sayılır. Tarixə nəzər yetirdikdə görürük ki, dünyanın ən qabaqcıl iqtisadiyyatları yeniliklərə ən tez uyğunlaşa bilənlər sayılıb. Ona görə də Azərbaycan iqtisadiyyatının xammal ixracatçısından elm və innovasiya əsaslı iqtisadiyyata keçid strategiyası çox zəruridir. İndiki dövrdə rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılması ancaq bu proseslərə daha çox innovasiyanın tədbiq olunması ilə bağlı ola bilər. İnnovasiyalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından, əhali və ərazi göstəricilərinə görə, dünya bazarında bizi əhatə edən ölkələrdən daha əlverişsiz vəziyyətdəyik. Ona görə də bizim yeganə yolumuz, elmi texnoloji yanaşmalara daha çox əhəmiyyət verərək, bu əlverişsizliyi fürsətə çevirmək olmalıdır. Əlinizdə tutduğunuz bu kitabda innovasiya sahibkarlığı və təşəbbüskarlığı ilə bağlı problemlər və fürsətlər fundamental olaraq ələ alınıb. Bu işlərə daha çox ekosistem çərçivələri daxilində baxılmağa çalışılıb. Ekosistemdə mövcud olan bütün oyunçular o cümlədən, elm ocaqları, dövlət strukturları, özəl sektor, ixtisaslaşmış maliyyə qurumlarının rolu və adları qeyd olunan strukturlar arasındakı münasibətlər geniş şəkildə izah olunub. Bu oyunçuların ayrı ayrılıqda cəmiyyətə və iqtisadiyyata verdiyi dəyər və effektlər öyrənilməyə çalışılıb. Kitabla bağlı, diqqətlə qeyd etmək istədiyim məqamlardan biri isə, əsasən sahibkarlıq və təşəbbüskarlığın keçdiyi inkişaf və təkamül prosesidir. İndiki dövrdə bunun nə qədər çevik və digər biznes sahələri ilə sıx əlaqəli olduğu çox gözəl araşdırılmışdır. Kitabda yer verilən, ekosistemin əsas oyunçularından olan, o cümlədən ayrıca klaster sayılan texnoparklar haqqında geniş və ətraflı informasiyalar bu istiqamətdə daha koordinasiyalı və səmərəli fəaliyyət qurmaq üçün çox dəyərli sayıla bilər. Müxtəlif ölkələrdəki müsbət təcrübələr və konseptlər bizim milli konseptin hazırlanması üçün “benchmark” kimi dəyərləndirilə bilər. Düşünürəm ki, bu kitab bir çox yeni biznesə başlayanlar və mövcud innovativ bizneslə məşğul olanlar üçün yararlı bir vəsait olacaq, eləcə də məşğul olduqları biznes fəaliyyətləri ilə bağlı daha köklü və strukturlu biliyə sahiblənə biləcəklər.

Additional information

Müəllif

dos. İsa Qasımov və Fərid Cəbiyev

Reviews

There are no reviews yet.

Be the first to review “İnnovasiya sahibkarlığı və texnoparklar”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cart0
Cart0
Cart0