06 Jul 2019 10:15

İqtisadiyyat Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin dəstəyi, ASAN İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Yeni Fikir VI” startap müsabiqəsinə yekun vurulur.

 

SİA xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bununla bağlı keçirilən tədbirdə hazırda Sahibkarlığın İnkişafı Fondunda fəaliyyət göstərən Biznes İnkubasiya Mərzkəzində 10-dan çox startapın inkişafına dəstək verildiyini deyib.

 

İndiyədək 5 dəfə keçirilən müsabiqəyə 842 startap layihəsi təqdim olunduğu qeyd edilib. Eyni zamanda xatırladılıb ki, onlardan 100-dən çoxunun inkişafına dəstək verilib, həmçinin 35 layihəyə ilkin investisiya və inkubasiya xidmətləri göstərilib. Martda elan olunan builki startap müsabiqəsinə 118 layihə təqdim edilib, hansıki, onlardan 36-sı yarımfinala, 12 layihə isə finala vəsiqə qazanıb.

 

Müəllif: İnam Hacıyev