Texniki Universitetdə "Yeni Fikir VI" startap müsabiqəsi təqdim edildi

05 Apr 2019 18:32
Texniki Universitetdə "Yeni Fikir VI" startap müsabiqəsi təqdim edildi

Azərbaycan Texniki Universitetində (AzTU) "Yeni Fikir VI" startap müsabiqəsinin təqdimatı keçirilib.

 

Tədbirdə elm və texnika üzrə prorektor İlham Pirməmmədov ölkəmizdə startap mühitinin formalaşdırılması üçün dövlət tərəfindən aparılan işləri diqqətə çatdırıb.



Prorektor qeyd edib ki, son illər qanunvercilikdə startapların inkişaf etdirilməsi ilə bağlı edilən mühüm dəyişikliklər universitetlərdə startap mühitinin formalaşdırılması üçün zəmin yaradır. "Yeni Fikir VI" startap müsabiqəsininin artıq 6-cı dəfə keçirildiyini deyən prorektor tələbələrin bu yarışmada fəal iştirak edəcəyinə inandığını vurğulayıb.

 

“Yeni Fikir” startap müsabiqəsinin layihə rəhbəri, dosent İsa Qasımov müsabiqə haqqında məlumat verib.


Bildirilib ki, BP-nin maliyyə dəstəyi ilə keçiriləcək "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq həm də ekosistemə yeni startapların daxil olmasını təmin edəcək. Ümumilikdə 6 mərhələdən ibarət müsabiqənin qalibi olacaq layihələrdən 1-ci yeri qazanan startap komandası 8 min manat, 2-ci yeri qazanan stsratap komandası isə 6 min manat maliyyə dəstəyi alacaq.

 

“Yeni Fikir” startap müsabiqəsinin eksperti, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəsi Vüsal Kərimli isə çıxışında müsabiqəyə qatılacaq startap komandalarının bilik və bacarıqlarının artırılması, biznes planının hazırlanması ilə bağlı öz tövsiyələrini verib.


S.QARAYEVA

 

https://525.az/site/?name=xeber&news_id=117832#gsc.tab=0