Polşalı investorlar startap layihələrin işinə maraq göstərdi

02 Dec 2016 15:54
Polşalı investorlar startap layihələrin işinə maraq göstərdi

Qafqaz Universiteti Texnoparkı (Qutexnopark) tərəfindən həyata keçirilən Yeni Fikir Müsabiqəsinin (YFM) qalibi olmuş layihələr polşalı investorların marağına səbəb oldu. Belə ki, ölkədə işgüzar səfərdə olan polşalı investorlar Qutexnopark-da fəaliyyət göstərən startap layihələrlə yaxından tanış olarkən, burada "Secop" və "Barille Pad" layihələrinə xüsusi maraq göstərdilər.

 

İnvestorlar hər iki layihə komandası ilə ayrı-ayrılıqda görüşərək, layihənin formalaşması və mövcud vəziyyəti, eləcə də perspektivlərini geniş müzakirə etdilər. Müzakirələrin sonunda hər bir layihənin mövcud vəziyyətini nəzərə alaraq, gələcəkdə əməkdaşlıq imkanları təklif edildi. Nəzərə alındı ki, əməkdaşlığın konkret və işgüzar müstəviyə keçirilməsi üçün müzakirələr davam etdirilsin.

 

Xatırladaq ki, investorların maraq göstərdiyi layihələrdən "Secop" və "Barille Pad" 2015-ci ildə keçirilmiş YFM-nin qalibləri olmuşdur. Qeyd olunan hər iki layihə əsasında müvafiq prototip cihaz hazırlanmışdır.