"Step 2016" baş tutdu

22 Nov 2016 12:27
"Step 2016" baş tutdu

Qafqaz Universitetinin Riyaziyyat və informatika ixtisasi üzrə 3-cü kurs tələbəsi Qəməz Baxışaliyevanın təklif etdiyi "Step 2016" layihəsi 19-20 Noyabr 2016-cı il tarixlərində Qutexnopark-da keçirildi.

 

"Step2016" fərqli və kreativ yanaşmaları ilə fərqlənən gənclər arasında işgüzar çevrə (network) formalaşdırmaqla yanaşı, onları sahibkarlıq fəaliyyətinə təşviq edən layihədir.

 

Layihə əsasında müxtəlif proqramlar həyata keçirildi. "Step2016"nı digər bənzər layihələrdən fərqləndirən əsas məqamlardan biri də, layihə əsasında həyata keçirilən proqramların əyləncəli və rəngarəng xarakter daşıması idi. Belə ki, iki gün davam edən layihə əsasında psixoloq Hüseyn Xəlilov, startaplar üzrə ekspert Cəsur Həsənov, musiqiçi Mina Abbasova, salsa müəllimi Zaur Məmmədov, biznes məsləhətçi Rasim Adjalov və startaplar üzrə mütəxəssis Vüqar Quluzadənin tədqdimatlarında fərqli görüşlər təşkil edildi.

 

Sonda iştirakçılara sertifikat təqdim olundu.

 

Qutechnopark tərəfindən dəstəklənən layihənin həyata keçirən komanda üzvləri isə aşağıdakı kimidir:

 

  • Qəmzə Baxışaliyeva Pedaqoji/Riyaziyyat və informatika ixtisası üzrə 3-cü kurs tələbəsi
  • Nəsimi Bayramlı /Mexanika Mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi
  • Elvin Abbasov / Tərcümə ixtisası üzrə 3-cü kurs tələbəsi
  • Gulnar Niftəliyeva  / Kimya Bialogiya ixtisası üzrə 4-cü kurs tələbəsi
  • Ülvi Əsgərov / Maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi