CEO Summit 2016 keçirildi

17 Oct 2016 09:19
CEO Summit 2016 keçirildi

Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) tərəfdaşlığı və Business Talk-ın təşkilatçılığı ilə Qafqaz Universitetində növbəti CEO Summit keçirilib.

CEO Summit 2016-da Spikerlər iş və karyera həyatı haqqında çıxış edib.

Spikerlər arasında Psixologiya və Konsultasiya Mərkəzi-nin təsisçi rəhbəri Elnur Rüstəmov, Uni Baby Türkiyə-nin təsisçi rəhbəri Ataman Özbay, T&J Marketing Solution-un təsisçi rəhbəri Teymur Məmmədov, Golden Pay-in təsisçi rəhbəri Fərid İsmayilzadə, Horeca.com.az və İdeya Qazandı Verlişi-nin təsisçi rəhbəri Rəşxan Qaraşlı yer alıblar.
CEO Summit-də E.Rüstəmov “Uğurun psixologiyası”, A.Özbay “40-a qədər tərləməyən, 40-dan sonra ağlar”, T.Məmmədov “Gününə təkan ver həyatını yaşa - Kofe effekti”, F.İsmayılzadə “Texnologiya dünyanı hara aparır?”, R.Qaraşlı “Özün ol” mövzusunda çıxış edib.

CEO Summit 2016-da müxtəlif üniversitetlərin tələbə və magistları ilə yanaşı iş dünyasından da 200-dən artıq iştirakçı var idi.

Bundan başqa, sammit çərçivəsində həmin gün saat 18:00-19:00-da türkiyəli iş adamı A.Özbayın “7 yaşımda bindiğim kamyonun frenleri patladı ve hayata yuvarlandım” adlı kitabının imza saatı da keçirilib.