“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

01 May 2016 11:08
“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 30 aprel, AZƏRTAC 

Aprelin 30-da Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Əhməd Saniç müsabiqənin təşkilinin mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə üçün informasiya texnologiyaları sahələrində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, layihə, həmçinin innovativ sahibkarlığın inkişafına dəstək verir, kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir.

Müsabiqəyə qatılmaq üçün 211 layihə qeydiyyatdan keçib. Onlardan 30-u yarımfinala vəsiqə qazanıb, 13 layihə final mərhələsində yarışır. Hər bir layihənin təqdimatı üçün on dəqiqə vaxt ayrılıb. Müəlliflər beş dəqiqə ərzində layihəni təqdim edib, qalan beş dəqiqə ərzində isə münsiflər heyətinin suallarını cavablandırıblar.

Qaliblər mükafatlandırılıblar.

http://azertag.az/xeber/Yeni_fikir_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-947680