Yeni Fikir 2015 yarım final mərhələsində 26 layihə yarışacaq

04 Mar 2015 10:54
Yeni Fikir 2015 yarım final mərhələsində 26 layihə yarışacaq

Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsində (YFM) yarımfinala vəsiqə qazanmış layihələr bəlli olub.

Xəbərlər-in məlumatına görə,  bu il  keçiriləcək yarımfinal mərhələsinə  252 müraciət daxil olub.  Bu müracətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib. 

Braille Pad  layihəsi isə Yeni Fikir Müsabiqəsinə müraciət etmiş 252 layihə arasında  ilk 26-cı olub və yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 26 Layihənin yarışacağı Yarımfinal Proqramı martın 29-da QUTechnopark-da keçiriləcək.

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir. 
YFM 2015-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onun da təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Təfəkkür liseyi, 212 saylı orta məktəb, 169 saylı orta məktəb, BP, SİNAM, Buta sığorta, Azercell, Nivel Solutions və digər təşkilatlardan şagird, tələbə və ya müxtəlif sahələrdə faəliyyət göstərən şəxslər YFM 2015-ə layihə təqdim edərək, müsabiqədə iştirak ediblər. 

Məltəm Talıbzadə

http://xeberler.az/new/details/yeni-fikir-2015-musabiqesinde-26-layihe-yarisacaq--8732.htm