“BethClip” Dubayda keçiriləcək “STEP Conferance 2015”də iştirak edəcək

19 Feb 2015 12:32
“BethClip” Dubayda keçiriləcək “STEP Conferance 2015”də iştirak edəcək
Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi “Yeni Fikir 2014 Müsabiqəsi”nin qalibi “BethClip” lahiyyəsinin Dublində (İrlandiya) keçirilən “Web Summit” tədbirinə qoşulması və iştirakçılar sırasında olması lahiyəyə xarici şirkət və investorlar tərəfindən marağın artmasına əsas səbəb olub.
 

2014-cü ili bir neçə digər uğurlarla da başa vuran “BethClip”ə digər uğurlu təkliflər də gəlməkdə davam edir. Belə imkanlardan biri də  2015-ci ilin ilin əlvəlində isə Şərq aləminin “WebSummit”i sayılan və “Dubay Silikon Vadisində” adı ilə keçirilən “STEP Conterence 2015” proqramının təşkilatçılarından gələn dəvətdir.  Qeyd edək ki, “STEP Conterence 2015” proqramının bu ilin mart ayında Dubayda keçiriləcək. Gələn dəvətə görə “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyev “STEP Conterence 2015” proqramında iştirak edərək, investor və şirkətlər qarşısında təqdimat etmək hüququ qazanıb.

“STEP Conferance 2015” Proqramı BƏƏ-nin Dubay əyalətində keçirilən ənənəvi startap və İT innovasiyalarının sərgisini keçirməklə, bu sahə üzrə şəbəkələşmənin inkişafını təmin edir.

Tədbirdə “eTohum” biznes inkubatorunun CEO-su Burak Büyükdemir,  “LEGO” və “Nintendo” kimi böyük şirkətlərdə rəhbər vəzifələrdə olmuş Marko Hein, “Lean Startup” üzrə ekspert Adam Berk, London “TechStars”ın direktoru və bir sıra digər spikerlər də qatılacaq.

TOP investor və biznes “xab”lar (busness hub), şərqin “500 Starups”ı sayılan “Oasis 500”, Türkiyənin “eTohum”, Avropanın “İmpact HUB”, BƏƏ-nin “Silicon Oasis” və digər inkubatorlar da tədbirdə təmsil olunacaqlar.

Tədbiri 40 min ziyarətçinin baş çəkəcəyi gözlənilir.

Bu tədbirdə əsaslı şəkildə şəbəkələşmək, partnyor tapmaq, investorlarla danışmaq, məsləhətlər almaq və yeni bazarlar kəşf etmək üçün çox böyük şərait var.

Tədbir Dubayın “böyük” Palma adası ərazisində yerləşən “Dubai İnternational Marine Club”-da keçiriləcək.

Tədbir haqda ətraflı məlumat https://stepconference.com saytından əldə etmək olar.

Tədbirin “Facebook” səhifəsi https://www.facebook.com/STEPConferencePage

Tədbirin xeş teqi #STEP2015-dir. 

http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=65839