QUTechnopark "CRDF Global" şirkəti ilə əamakdaşlıq edəcək

11 Dec 2013 11:13
QUTechnopark "CRDF Global" şirkəti ilə əamakdaşlıq edəcək

"CRDF Global" şirkətinin Proqram Meneceri Evgeniy Krasowski Azercell Telekom MMC-nin nümayəndələri ilə birgə QUTechnopark-ı ziyarət etdilər. (11 Dekabr 2013)

QUTechnopark-la tanış olduqdan sonra, qarşılıqlı əməkdaşlığın persdpektivləri ilə bağlı görüş keçirildi.

QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqsəi iştirakçılarının ideyanın şirkətləşdirilməsi  (və ya nəticələrin səmərəliliyinin artırılması) üçün lazım olan mentor  və ya təlim kimi proseslərdə, həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün həyata keçiriləcək tədbirlərin təşkilində  "CRDF Global" şirkətinin imkanlarından istifadə oluna biləcəyi, görüşün başlıca müzakirə obyektlərindən oldu.

Qeyd edək ki, "CRDF Global" şirkəti iqtisadi artıma elm və texnologiyanın tətbiqini təşviq edərək ixtira, innovasiya, sahibkarlıq və texnologiyanın kommersiyalaşdırılmasına dəsətk verərək,  beynəlxalq əməkdaşlığa əhəmiyyət verən tanınmış şirkətlərdəndir.