QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin növbəti layihəsi reallaşdırılır

29 Nov 2013 10:09
QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin növbəti layihəsi reallaşdırılır

Qafqaz Universiteti Texnoparkın (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) 2014 layihəsini reallaşdırır.

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, YFM QUTechnoparkın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni reallaşdırmaqla QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığında keyfiyyətin yüksəlməsinə səbəb olur.

QUTechnopark təşkil etdiyi Yeni Fikir Müsabiqəsi 2014 layihəsində qalib gələcək 3 komandaya pul mükafatı ayırmışdır.

Müsabiqədə 1-ci yer üçün 10 min, 2-ci yer üçün 5 min, 3-cü yerin sahibinə isə 3 min manat pul mükafatının verilməsi nəzərdə tutulmuşdur.

Layihə əsasında ən yaxşı ideyalar seçiləcək, uğur qazanan ilk 5 komanda isə QUTechnopark İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaqdır.

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universitetinin nümayəndələri deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.

http://topnews.az/news/395897/QUTechnoparkin-hayata-kechirdiyi-Yeni-Fikir-Musabiqasinin-novbati-layihasi-reallashdirilir.html