Yeni Fikir VI startap müsabiqəsinin qalibi: WASCO startap layihəsi oldu

06 Jul 2019 12:30
Yeni Fikir VI startap müsabiqəsinin qalibi: WASCO startap layihəsi oldu

Bakı Mühəndislik Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi, həmçinin ASAN İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsinin qalibləri məlum olub.

 

TED.az xəbər verir ki, komandalar stratap layihələrinin təqdimatını ediblər və münsiflərin suallarını cavablandırıblar.

 

Təqdimatın sonunda münsiflər tərəfindən seçilən “WASCO”, “11delivery.com”, “Nanomaterial qatılmış yüksek keçirici naqil” , “TermoNorth” və “BETA-KİDS Education kit” layihələri müvafiq olaraq ilk 5 yerə layiq görülüb.

 

Beləliklə, müsabiqədə 1-ci yerə layiq görülən “WASCO” startap layihəsi 8000 manat, 2-ci yerə layiq görülən “11delivery.com” startap layihəsi isə 6000 manat maliyyə dəstəyi qazanıb.

 

Bundan əlavə, qalib gəlmiş 5 layihənin kommersiyalaşdırlması və şirkətləşməsi prosesi BMU-nun Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənəcək. Ayrılan maliyyə dəstəyi də startap layihələrdə iddia olunan biznes ideyanın kommersiyalaşdırılmasına və şirkətləşməsinə sərf ediləcək.

 

http://ted.az/az/view/news/2724/yeni-fikir-vi-startap-musabiqesinin-qalibi-wasco-startap-layihesi-oldu