İntellektual kapitalın yaradılmasına dəstək

08 Mar 2019 08:58
İntellektual kapitalın yaradılmasına dəstək

İnnovativ texnosahibkarlıq konsepsiyalarının və layihələrinin inkişafına dəstək olaraq hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə "Yeni Fikir” startap müsabiqəsi keçirilir.

 

BP şirkəti tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının və startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verdiyini elan edib.

 

Bu, altıncı müsabiqədir və iki əsas məqsəd daşıyır. Belə ki, tədbir yeni ideyaların və layihələrin formalaşması və inkişafı, eləcə də mövcud startapların güclənməsi və təkmilləşməsinə yönəldilir. Bu məqsədlərə nail olmaq üçün BP-nin maliyyələşdirdiyi layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, təlimlər və seminarların həyata keçirilməsi planlaşdırılır. Şirkət həmçinin rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş inkubasiya və akselerasiya mərkəzi də yaradacaq.

 

Müsabiqədə beş ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək.

 

Layihənin dəyəri təxminən 118 min manatdır və o, səkkiz ay, yəni, bu ilin oktyabr ayına qədər davam edəcək.

 

http://www.azerbaijan-news.az/view-164056