Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması təlimləri başladı

02 Dec 2016 15:15
Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması təlimləri başladı

Qafqaz Universitetində fəaliyyət göstərən İKT Elmi Tədqiqatlar Mərkəzi (İKT ETM) və "ProgElectro Team" komandasının birlikdə həyata keçirdiyi "Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması" təlimləri başlamışdır.

 

2016-cı il Dekabr ayının 2-dən başlayan təlimlər  2016-2017-ci tədrsi ilinin sonuna kimi davam edəcək.

 

Təlimlərin məqsədi İKT ETM-ə qoşulan yeni, eləcə də mövcud tələbələrin, universitetin resurslarında istifadə edərək, bilik və bacarıqlarını inkişaf etdirmək və onların fərdi inkişaflarına təkan verməkdir.

 

Təlimlər zamanı auditoriya dərslərində tədris olunmayan, lakin "ProgElectro Team" komandasındakı üzvlərin 5 illik universitet həyatında qazanmış olduqları bilik və bacarıqları digər tələbələrlə paylaşmaq, həmçinin praktiki işlər görərək “kontroller proqramlaşdırması”nı daha effektli şəkildə öyrənmələrini təmin etmək nəzərdə tutulub.

 

"Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması" təlimlərinin hədəflərini aşağıdakı kimi qeyd etmək olar:

 

- İKT ETM-ə yeni qoşulmuş üzvlərin asanlıqla köhnə təcrübələri qazanmaları

- Mikrokontroller səviyyəsində proqramlaşdırmanı və mikrokontroller məntiqi öyrənmələri

- Mərkəzdə köhnə və yarımçıq qalmış robot layihələrinin tamamlanması

- Yeni robot layihələrinin başladılması və hazır edilməsi

- Gələcəkdə Mərkəzə qoşulacaq tələbələrin işlərinin silsilə şəkilində davam etdirməsi üçün, onlara təlim keçə biləcək, bu sahədə təcrübəli tələbə heyətin formalaşması

 

Qeyd edək ki, "Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması" təlimləri Qutexnopark-da həyata keçirilir.